Gündəm
Hadisə elə vəziyyətdə görüntüləndi ki...
Müğənni Hadisə gözəllik mərkəzindən çıxarkən paparatsilərin hədəfinə tuş gəlib. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı jurnalistləri görəndə təəccübünü saxlaya bilməyib. Suallara cavab vermək istəməyən Hadisə “Dostlar, hava çox yağışlıdır, başqa vaxt çoxlu söhbət edərik. İcazə verin evimə gedim”, - deyə bildirib.
“Twitter” İŞİD-lə bağlı 400 minə yaxın səhifəni bağlayıb
“Twitter” mikrobloqu son il ərzində İŞİD-lə bağlılığı olan 400 minə yaxın səhifəni bağlayıb. İKT.lent.az-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Açıqlamada bildirilir ki, İŞİD əleyhinə kontentlər daha çox yayılmağa başlayıb və şəbəkə artıq terrorçuların öz sıralarına adam cəlb etməsi üçün etibarlı deyil.
Virtual reallıq eynəkləri insanların reaksiyasını ləngidir
ABŞ-ın Florida Universitetinin alimləri müəyyən ediblər ki, insanlar tərəfindən virtual reallıq eynəklərinin istifadəsi reaksiyanın xeyli azalmasına gətirib çıxarır. İKT.lent.az-ın “runews24.ru” saytına istinadən məlumatına görə, tədqiqatçılar bildirib ki, onlar təcrübə keçirmək üçün 360 könüllünü cəlb ediblər.
Almaniyada 900 minə yaxın istifadəçi haker hücumuna məruz qalıb
Almaniyada uğursuz haker hücumu nəticəsində “Deutsche Telekom” şirkətinin 20 milyon abunəçisindən 900 minə yaxını zərər çəkib.
Alimlər: 2030-cu ilə qədər insanlar sekslə məşğul olmağı dayandıracaq - SƏBƏB
Britaniyalı alim Devid Spaygelxelter belə mülahizə irəli sürüb ki, dünyada cihazların və yüksək texnologiyaların geniş yayılması səbəbindən 2030-cu ilə qədər insanlar sekslə məşğul olmağı dayandıracaqlar. Bunun üçün də doğmağı tərgidəcəklər.
Toyundan 5 ay sonra ana oldu
Müğənni Pelageyanın gizli ana olduğu barədə xəbər yayılıb. Olaylar.az axşam.az-a istinadən bildirir ki, daha əvvəl "Qolos" ("Səs") yarışmasında münsiflər heyətində oturan ifaçının övladının atası İvan Teleqindir.
Ağciyərləri zəhərli maddələrdən 3 günə təmizləyən üsul
Pis qan dövranının 7 SİMPTOMU
Yaxşı qan dövranı insanın sağlamlığında mühüm rol oynayır. Qan orqanizmin hər hüceyrəsinə qidalı maddələri və oksigen çatdırır, eyni zamanda hüceyrələrin ziyanlı maddələrdən azad olmasını təmin edir.
Azərbaycanda yerli məhsul və istehsalçılar haqqında portal yaradılacaq
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin səlahiyyətləri artırılıb. "Report"un məlumatına görə, bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli fərmanı ilə təsdiq edilmiş “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalaması ilə mümkün olub.
İnternetdə prezidentin şərəf və ləyaqətini ləkələyənlər cəzalandırılacaqlar
Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atan və ya təhqir edən cərimələnəcək və ya azadlıqdan məhrum ediləcək.
Sevgilisini lüt şəkillərlə şantaj etdi, arvadının mesajlarını tutdu - Məhkəmədən
Sevişdiyi qadının lüt şəkillərini yaymaqla hədələdiyi üçün həbs edilən Anar Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb. Olaylar.az lent.az-a istinadən xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakimFaiq Qəniyev sədrlik edib.
Həbsxanada məhbus özünü yandırdı
Türkiyənin Silivri həbsxanasında dəhşətli olay baş verib. Milli.Az haberler.com-a istinadən xəbər verir ki, bu gün saat 12:40 radələrində həbsxanada bir məhbus özünü yandırıb. Hadisəyə ilk müdaxilə həbsxana personalından gəlib. Hadisə yerinə xilasetmə dəstələri və təcili tibbi yardım briqadası çağırılıb. Yaralı məhbus dərhal təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Saxta profilləri olanlar cəzalanacaq TƏSDİQ
Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi ad və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması təklifi müzakirə olunub. SİA-nın xəbərinə görə, baş prokuror Zakir Qaralov tərəfindən Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin əlavə edilməsi təklif edilib.
Mingəçevir və Yevlaxda pilot layihə əsasında icbari tibbi sığorta tətbiq olunacaq
Prezident İlham Əliyev Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
"İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi"ndə dəyişiklik edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, fəranda deyilir:














