Alimlər: 2030-cu ilə qədər insanlar sekslə məşğul olmağı dayandıracaq - SƏBƏB
Britaniyalı alim Devid Spaygelxelter belə mülahizə irəli sürüb ki, dünyada cihazların və yüksək texnologiyaların geniş yayılması səbəbindən 2030-cu ilə qədər insanlar sekslə məşğul olmağı dayandıracaqlar. Bunun üçün də doğmağı tərgidəcəklər.
29 Noyabr 2016 19:35 DünyaBritaniyalı alim Devid Spaygelxelter belə mülahizə irəli sürüb ki, dünyada cihazların və yüksək texnologiyaların geniş yayılması səbəbindən 2030-cu ilə qədər insanlar sekslə məşğul olmağı dayandıracaqlar. Bunun üçün də doğmağı tərgidəcəklər.
İKT.lent.az-ın "vistanews.ru" saytına istinadən məlumatına görə, öz mövqeyini o, dərc olunan "Sex By Numbers" essesində bildirib.
Alim qeyd edib ki, son zamanlar daha çox seks prosesinin niyyəti alqışlanır, nəinki onunla məşğul olmaq. İnsanlar tez-tez porno filmlərə və videolara baxır, ancaq həqiqətdə onunla daha az məşğul olurlar. Mobil cihazlar insanları daha az ehtiraslı və daha çox aqressiv edir ki, bu da neqativ nəticələrə gətirib çıxara bilər.
Spaygelxelter hesab edir ki, belə bir tendensiya ilə 2030-cu ilə qədər seks insan həyatından tamamilə silinə bilər. O və həmkarları antropoloji tədqiqatlar apararaq müəyyən ediblər ki, evli cütlüklər arasında son illər ərzində həyat yoldaşlarının vəzifə borclarını yerinə yetilməsi ayda üç dəfəyə qədər azalıb. Eyni zamanda cihazlar əldə keçirilən zaman bir neçə dəfə artıb.
Bu səbəbdən alim hesab edir ki, bütün mümkün texniki avadanlıqlar, cihazlar və böyüklər üçün oyuncaqlar ona gətirib çıxara bilər ki, bəşəriyyət seksə olan marağını itirə bilər. Alim düşünür ki, bu belə də olacaq və onlar bu prosesi niyyət olaraq ağlından keçirəcək, nəinki onunla məşğul olacaqlar.