Almaniyada 900 minə yaxın istifadəçi haker hücumuna məruz qalıb

Almaniyada uğursuz haker hücumu nəticəsində “Deutsche Telekom” şirkətinin 20 milyon abunəçisindən 900 minə yaxını zərər çəkib.

Almaniyada uğursuz haker hücumu nəticəsində "Deutsche Telekom" şirkətinin 20 milyon abunəçisindən 900 minə yaxını zərər çəkib.

İKT.lent.az-ın CNET saytına istinadən verdiyi xəbərə görə, hakerlər istehlakçı routerlərini "ələ keçirmək" istəyib, nəticədə yüz minlərlə insan internetsiz qalıb. İnternet təminatında problemlər noyabrın 27-28-də müşahidə olunub. Hakerlər routerləri zərərli proqramla yükləyərək daha irimiqyaslı hücum üçün zəmin hazırlamaq istəyirmiş, lakin bu cəhd baş tutmayıb.

"Deutsche Telekom" problemi həll etmək üçün proqram təminatı hazırlayır. Qurum istifadəçilərə routerləri şəbəkədən ayıraraq yenidən yüklənmə həyata keçirməyi tövsiyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31