"Regionların inkişafı və ixrac sahəsində yaranmış yeni imkanlar" 

Nazirlik konfrans keçirilib   Noyabrın 29-da Zaqatalada İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin və sahibkarların iştirakı ilə "Regionların inkişafı və ixrac sahəsində yaranmış yeni imkanlar" mövzusunda Konfrans keçirilib.

Nazirlik konfrans keçirilib
 
Noyabrın 29-da Zaqatalada İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin və sahibkarların iştirakı ilə "Regionların inkişafı və ixrac sahəsində yaranmış yeni imkanlar" mövzusunda Konfrans keçirilib. İqtisadiyyat nazirliyindən verilən məlumata görə, nazir müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və onların hüquqlarının etibarlı müdafiəsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. Diqqətə çatdırılıb ki, bu gün keçirilən tədbir çərçivəsində nümayiş olunan rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda "Made in Azerbaijan" brendi ilə təşviqi istiqamətində İqtisadiyyat Nazirliyi və AZPROMO tərəfindən kompleks tədbirlər görülür. Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə sahibkarlığın inkişafı ilə bağlı Zaqatalada görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib, belə tədbirlərin sahibkarların maarifləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Konfransda həmçinin, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, "Ərzaq məhsullarının tədarükü və təchizati" ASC, beynəlxalq biznes assosiasiyaları və yerli şirkətlərin nümayəndələrinin təqdimatları dinlənilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31