Gənclər arasında sağlam həyat təbliğ olunur

Naftalan şəhərində “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam gənclik-sağlam gələcək!” adlı layihə ilə bağlı tədbirini keçirib.

Naftalan şəhərində "Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək" ictimai birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Sağlam gənclik-sağlam gələcək!" adlı layihə ilə bağlı tədbirini keçirib.  "OLAYLAR"-ın xəbərinə görə, tədbiri Şəhər İcra Hakimiyyətinin əməkdaşı açaraq qonaqları öz şəhərlərində görməkdən qürur hissi duyduğunu vurğulayıb və layihənin əhəmiyyəti haqqında danışıb. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Jalə Məmmədovaya 5 illiyini qeyd etməyə hazırlaşan Gənclər Fondunun məqsədi və dəstəklədiyi layihələr haqqında danışaraq gəncləri fondun layihələrində iştiraka dəvət edib. Daha sonra ictimai birliyin  sədri, layihə rəhbəri Elçin Manafov  iştirakçıları ictimai birlik, həyata keçirilən layihənin donoru və layihə barədə ətraflı məlumat verib. O bildirdi ki, hər işin başında sağlamlıq gəlir. Ulu öndərin "Sağlam bədəndə sağlam ruh olar!" kəlamını xatırladan E. Manafov gənclərə öz tövsiyələrini verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31