Azad Rəhimov Avropa Şurasının İdmana məsul nazirlərinin  14-cü konfransına qatılır

Macarıstanın Budapeşt şəhərində   Avropa Şurasının İdmana məsul Nazirlərinin 14–cü Konfransı öz işinə başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, gənclər və idman naziri Azad Rəhimovun da qatıldığı konfransda “dopinq sahəsində son vaxtlar media və müstəqil tədqiqatçılar tərəfindən aparılan  araşdırmalar nəticəsində məlum olan nöqsanların aradan qaldırılması  üçün  dövlətlərin Ümumdünya Antidopinq Agentliyinə (WADA) dəstəyinin formaları, dopinqlə yenilənmiş mübarizə siyasətində idmançıların əsas hüquqlarının qorunması sahəsində dövlətlərin görməli olduğu işləri, “Avropa Şurası Antidopinq Konvensiyasının yenilənməsi”, “WADA  ilə yanaşı yeni Müstəqil  Test  Qurumunun yaradılması” və s. kimi bir sıra mühüm məsələlərin müzakirəsi aparılır.

Macarıstanın Budapeşt şəhərində   Avropa Şurasının İdmana məsul Nazirlərinin 14-cü Konfransı öz işinə başlayıb. "OLAYLAR"-ın xəbərinə görə, gənclər və idman naziri Azad Rəhimovun da qatıldığı konfransda "dopinq sahəsində son vaxtlar media və müstəqil tədqiqatçılar tərəfindən aparılan  araşdırmalar nəticəsində məlum olan nöqsanların aradan qaldırılması  üçün  dövlətlərin Ümumdünya Antidopinq Agentliyinə (WADA) dəstəyinin formaları, dopinqlə yenilənmiş mübarizə siyasətində idmançıların əsas hüquqlarının qorunması sahəsində dövlətlərin görməli olduğu işləri, "Avropa Şurası Antidopinq Konvensiyasının yenilənməsi", "WADA  ilə yanaşı yeni Müstəqil  Test  Qurumunun yaradılması" və s. kimi bir sıra mühüm məsələlərin müzakirəsi aparılır. Səfəri çərçivəsində nazir Azad Rəhimov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tomas Ayan, WADA prezidenti Graig Reedie ilə görüşlər keçirmiş və dopinq sahəsində mövcud vəziyyəti müzakirə etmişlər. Nazir eyni zamanda Belarus, Rusiya, Macarıstan, Finlandiya və Ukraynalı həmkarları ilə görüşüb. Konfrans zamanı nazir Azad Rəhimovun da çıxışı olub. Nazir çıxışında dopinqlə mübarizə sahəsində ölkədə görülən işlər, imzalanan qanunlar, Polşanın Anti-Dopinq agentliyi ilə aparılan sıx əməkdaşlıq haqqında məlumat verib, eyni zamanda WADA -nın son iclasında Azərbaycan Anti-Dopinq Agentliyinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı verilən qərara öz mənfi reaksiyasını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31