“Rusiya ermənilər i ağıllandırmalı idi”
Deputat: “Amma Sarkisyan əmindir ki, onun ərazisi zərbədən sığortalanıb” Noyabrın 29-da Milli Məclisin növbəti plenar iclası keçirilib. Cari məsələlər üçün ayrılan vaxt ərzində millət vəkilləri Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki mövqeyinə aydınlıq gətiriblər. Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Rusiyanın münaqişənin həllindəki vasitəçiliyi Azərbaycanla münasibətləri uyğun gəlmir. Azərbaycan Rusiya ilə münasibətlərin yüksək səviyyədə qaldırmaq üçün əlindən gələni edir. Amma nə belə vasitəçi, nə də strateji tərəfdaş olmaz: “Ona görə də biz Milli Məclis, hökumət olaraq Rusiyaya açıq şəkildə müraciət etməliyik. Əgər Rusiya Ermənistanı bu cür formada dəstəkləyəcəksə, işğalın davam etdirilməsinə şərait yaradacaqsa, o zaman biz Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq.
29 Noyabr 2016 16:16 SosialDeputat: "Amma Sarkisyan əmindir ki, onun ərazisi zərbədən sığortalanıb"
Noyabrın 29-da Milli Məclisin növbəti plenar iclası keçirilib. Cari məsələlər üçün ayrılan vaxt ərzində millət vəkilləri Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki mövqeyinə aydınlıq gətiriblər. Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Rusiyanın münaqişənin həllindəki vasitəçiliyi Azərbaycanla münasibətləri uyğun gəlmir. Azərbaycan Rusiya ilə münasibətlərin yüksək səviyyədə qaldırmaq üçün əlindən gələni edir. Amma nə belə vasitəçi, nə də strateji tərəfdaş olmaz: "Ona görə də biz Milli Məclis, hökumət olaraq Rusiyaya açıq şəkildə müraciət etməliyik. Əgər Rusiya Ermənistanı bu cür formada dəstəkləyəcəksə, işğalın davam etdirilməsinə şərait yaradacaqsa, o zaman biz Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq. Azərbaycanda 90 min şagird rus dilində təhsil alır. Rusiya ilə birgə müxtəlif tədbirlər, layihələr həyata keçiririk. Belə olan halda Rusiyanın bizə olan münasibəti arzu etdiyimiz münasibətlərə uyğun gəlmir. Rusiya ya vasitəçi kimi bitərəfli mövqeyini qoruyub saxlamalı, ya da Azərbaycan Rusiya ilə münasibətlərinə yenidən baxmalı, İsrail, Pakistanla olan münasibətlərini strateji müttəfiqliyə qaldırmalıdır. Nəhayət biz özümüzü Rusiyanın münaqişənin həllində vasitəçi olduğuna aldatmamalıyıq"-deyə Qüdrət Həsənquliyev bildirib. Deputat Fazil Mustafa son günlər Azərbaycana gələn ermənilərin səfərlərinə də etiraz edib: "Sanki bir əl bu ermənilərin Azərbaycana mütəmadi səfərlərini təşkil edir. Kim onların bura sağlam niyyətlə gəlməsinə zəmanət verə bilər? Xüsusi xidmət orqanlarımız buna diqqət etməlidirlər". Deputat Asim Mollazadə qeyd edib ki, son günlər baş verənlər göstərir ki, Ermənistan iqtisadiyyatı Rusiya tərəfindən özəlləşdirilib: "Üstəlik Ermənistan silahlı qüvvələri Rusiya silahlı qüvvələrinin tərkibinə keçir. Ermənistan onsuzda dövlət deyil. Zənnimcə, biz artıq danışıqları Ermənistanın rəhbərliyi ilə aparmamalıyıq. Başqa sözlə, münaqişənin həlli ilə bağlı Rusiya ilə danışıqlar aparmalıyıq". A. Mollazadə əlavə edib ki, Xocalı soyqrımında iştirak edən 366-cı alayın nümayəndələri Azərbaycana verilməlidir: "Xarici hakimlərin iştirakı ilə məhkəmə qurulmalıdır, hökmü də xarici hüquqşünaslar çıxarmalıdır. Azərbaycanla Rusiya arasında hüquqi əməkdaşlıqla bağlı razılaşma var. Əks halda bu razılaşmanın əhəmiyyəti qalmır". Millət vəkili Rasim Musabəyov bildirib ki, aprelin əvvəllərində baş verən döyüşlər Rusiyanın istəyi ilə dayandırıldı: "Bundan sonra Rusiya erməniləri ağıllandırmalı idi. Diplomat Metyu Brayza da həmin ərəfədə qeyd edirdi ki, bir-iki rayon azad edilərək Azərbaycan verilə bilər və s. Rusiya xarici işlər naziri Sergey Lavrov da bölgəyə səfərlər edirdi, müəyyən pozitiv açıqlamalar verirdi. Yəni irəliləyişlərin olmasına dair ümidlər var idi". R. Musabəyov əlavə edib ki, bir müddətdən sonra bu prosesin əksi müşahidə edilməyə başlanılıb: "Amma sonra biz bunun əksini gördük. Ermənistan "İsgəndər" raketi aldıqdan sonra münasibət dəyişdi, danışıqlar prosesi dayandı. Üstəlik Ermənistanla Rusiyanın birgə hərbi qruplaşma yaradılması məsələsi ortaya çıxdı. Bütün bunlardan sonra Sarkisyanın dedi ki, lazım gəlsə Azərbaycana zərbə endirər və s. Bu əslində lovğalıqdır. Sarkisyan əmindir ki, onun ərazisi zərbədən sığortalanıb. Rusiya tərəfindən".Musabəyov parlamentdə çıxış edən həmkarlarımdan fərqli olaraq hesab edib ki, Rusiya ilə əlaqələr gücləndirilməli, iş aparılmaldır: "Əlbətə Rusiya vasitəçi olsa da, münaqişənin tərəfidir. Biz Rusiyaya böyük fayda verən hərbi əməkdaşlıqdan da uzaqlaşa bilərik. Rusiya Ermənistanla birgə hərbi qruplaşma yaradır. Biz də Naxçıvanda Türkiyə ilə birgə hərbi qruplaşma yarada bilərik. Mən hesab etmirəm ki, bütün bunlar bölgəni sülhə aparır. Hesab edirəm ki, Rusiya ilə dialoq davam etdirilməlidir".
Sonra deputatlar gündəlikdəki qanun layihələrinin müzakirələrini davam etdiriblər. "İnsan orqan və toxumalarının transplantasiyası haqqında" qanuna dəyişiklik barədə məlumat verən deputat Əhliman Əmiraslanov bildirib ki, Azərbaycanda insan orqanlarının transplantasiyası barədə reklamın tibbi ixtisaslaşması olmayan mətbuat, televiziya və digər vasitələrdə yerləşdirilməsi qadağan olunur.Qanunun 16-cı maddəsinə edilməsi nəzərdə tutulan dəyişikliyə əsasən, transplantasiya barədə reklam yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərdə, tibbi işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana biləcək. Onun bildirdiyinə görə, "Dərman vasitələri haqqında" qanuna dəyişiklikdə isə dərman vasitələrinin reklamı məhdudlaşdırılır. Dəyişikliyə əsasən, Azərbaycanda yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitiasiya metodları reklam oluna bilər. Yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitiasiya metodlarının reklamvericisi reklam istehlakçısına və reklam yayıcısına, onların tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurum və ya akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilmiş sertifikatın, dərman vasitəsinin dövlət qeydiyyatına alınmasını təsdiq edən qeydiyyat vəsiqəsinin, dərman vasitəsindən istifadəyə dair təlimatın, təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda müvafiq məlumat olan sənədin, mənşə sertifikatının reklamda istinad olunduqda, məlumat tədqiqatlarının nəticələrini təsdiq edən sənədin surətlərini təqdim edir. Bundan başqa, dərman vasitələrinin pulsuz paylanılması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi qadağandır. "Tütün və tütün məmulatı haqqında" qanuna nəzərdə tutulan dəyişiklik barədə millət vəkili Eldar İbrahimov məlumat verib. Bildirib ki, tütün məmulatlarının məhdudlaşdırılması ilə bağlı qanunun 20.2 maddəsinə dəyişiklik edilir. Belə ki, maddəyə edilən dəyişikliyə əsasən tütünün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının. alışqanlarının rekalamı qadağandır. Bundan əlavə olaraq ictimai yerlərdə siqaret çəknələr cərimələnəcəklər. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik nəzərdə tutulub. Dəyişikliyə əsasən ictimai yerlərdə və müəssisələrdə siqaret cəkənlər yüksək məbləğdə cərimələnəcəklər. Qanun pozan vəzifəli şəxs 400 manatdan 1000 manatadək cərimələnəcək. Təyyarədə siqaret çəkənlər 100 manat, qatarda 40 manat, metroda siqaret çəkənlər 50 manat, ictimai nəqliyyatda isə siqaret çəkənlər 40-50 manat cərimə olunacaqlar. Müzakirələrdən sonra qanuna dəyişiklik qəbul edilib. Qanun layihəsinin müzakirəsi zamanı Deputat Fazil Mustafa parlamentdə xanım həmkarlarına müraciət edib: "İctimai yerlərdə siqaret çəkilməsinə qadağa qoymaq lazımdır: "Xüsusilə məktəb yaxınlarında tütün məmulatları ilə satan mağazalar var. Lap ora reklam yapışdır ki, siqaret çəkmək olmaz. Onsuz da bunlar var. Amma mağazalar, qəlyan çəkən yerlər məktəbliləri azyaşlıları buna bir növ təhrik edir. Ona görə də xanım həmkarlarına müraciət edirəm ki, onlar bu məsələnin həllində daha fəal olsunlar". Vitse-spiker Bahar Muradova deputat həmkarının fikirlərinə dəstək verib: "Siqaretdən istifadənin qarşısının alınması həm sağlamlığa xeyir olardı, həm də şəxsi büdcəyə. Ona görə də biz xanım millət vəkilləri bu məsələdə təşəbbüskar olublar və olmağa da hazırdırlar". Millət vəkili Gövhər Baxşalıyeva cərimələri artırmaqla bu məsələnin qarşısının almağın mümkünsüz olduğunu bildirib: "Bunun ictimai yerdə çəkilib-çəkilmədiyini sübut etmək mümkün olmayacaq. Burada daha çox maarifləndirilməyə üstünlük verilməlidir".
Alim