Gündəm
SOCAR keçən ay dövlət büdcəsinə 120 milyon manata yaxın vəsait ödəyib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin noyabr ayında dövlət büdcəsinə 116 milyon 193 min manat vəsait ödənilib. “OLAYLAR”-ın şirkətə istinadən verdiyi xəbərə görə, , cari ilin yanvar-noyabr aylarında büdcəyə 1 milyard 266 milyon 365 min manat vəsait ödənilib. Bundan əlavə, bu ilin noyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 381 min manat vəsait köçürüb. Qeyd edək ki, bu göstərici ötən ilin noyabr ayı ilə müqayisədə 1 milyon 192 min manat və ya 110,7 faiz çox olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-noyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 131 milyon 751 min manat təşkil etmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5 milyon 141 min manat və ya 104,1 faiz çox olub.
Rusiyada nəqliyyat nazirlərinin görüşü keçirilir
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Nəqliyyat üzrə Konfrans və nazirlər görüşü keçirilir. “OLAYLAR”-ın Nəqliyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının nəqliyyat naziri cənab Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın nəqliyyat naziri Maksim Sokolovun dəvəti ilə tədbirdə iştirak edir. Tədbirdə regional nəqliyyat sisteminin fəaliyyət istiqamətlərinin dəyərləndirilməsi, (II mərhələ: 2012-2016-cı illər), sabit nəqliyyat əlaqələri üzrə regional fəaliyyət proqramının müzakirəsi və qəbul edilməsi (I mərhələ: 2017-2021-ci illər) nəzərdə tutulur. Görüşün sonunda Nazirlər Bəyannaməsinin qəbul edilməsi gözlənilir.
Bakı 2017 Könüllülük Proqramına qeydiyyat sona çatır
12-22 may tarixləri arasında Bakı şəhərində keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları çərçivəsində startı verilmiş Bakı 2017 Könüllülük Proqramı üçün qeydiyyat mərhələsi 11 dekabr 2016-cı il tarixində başa çatacaq. Bu barədə məlumat “OLAYLAR”-a GİN-in mətbuat katiblıyindən daxil olub. Bildirilib ki, hazırda bu proqram üçün qeydiyyatdan keçmiş namizədlər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəaliyyət göstərən Könüllülər Mərkəzində müsahibə mərhələsinə dəvət olunurlar. Bu günə qədər qeydiyyatdan keçmiş 11000 nəfər könüllünün, 3000 nəfəri artıq müsahibədə iştirak edib. Fevral ayınadək davam edən müsahibə mərhələsinin sonunda 8000 könüllü mötəbər idman tədbirinin bir hissəsi olmaq fürsətini qazanaraq Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına cəlb ediləcək.
Məzunları üçün yeni karyera imkanları yaranıb
Azərbaycan Texniki Universiteti (AzTU) məzunları ilə Azərsun Holdinqin nümayəndələrinin görüşü keçirilib.
Xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri ilə toplantı keçirilib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən dekabrın 7-də xarici dövlətlərin silahlı qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün illik yekun toplantısı keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, toplantıda 30 ölkədən 32 nümayəndə iştirak edib. Müdafiə naziri adından toplantı iştirakçılarını salamlayan Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov onlara regiondakı hərbi-təhlükəsizlik vəziyyəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, eləcə də Silahlı Qüvvələrimizdə aparılan islahatlar, inkişaf perspektivləri, beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verib. İdarə rəisi hərbi attaşelərin suallarını cavablandırıb.
Sumqayıt sakininə qarşı 480 min dollarlıq dələduzluq
Azərbaycanda 480 min dollarlıq dələduzluq olub. Sumqayit şəhər sakini, 1981-ci il təvəllüdlü Faiq Əmənovhüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, tanışı Hikmət adlı şəxs 2012-2016-cı illər ərzində onun etimadından istifadə edərək 480 min ABŞ dolları pulunu ələ keçirib. Faktla bağlı araşdırma aparılır.
ABŞ terrorçulara Azərbaycana hücum üçün tribuna verdi - ŞOK ADDIM
Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qondarma "DQR"-in "baş naziri" Araik Artünyan ABŞ Konqresində çıxış edib.
İƏT Gənclik Günü təsis ediləcək
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İƏT GF), təşkilatın sədri Elşad İskəndərovun başçılıq etdiyi nümayəndə heyəti ilə Ciddə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) qurumlarının illik Əlaqələndirmə İclasında iştirak edib.
Yaponiya televiziyasında Azərbaycandan danışılıb
Yaponiyanın paytaxtı Tokio şəhərində “World Investors TV” internet kanalının canlı yayımında Yaponiya-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafı və Azərbaycan diasporu mövzusunda fikir mübadiləsi aparılıb. “OLAYLAR”-ın xəbərinə görə, tədbir Dünya Azərbaycanlılarə Assableyasının Yaponiya nümayəndəliyinin və “World Investors TV”-nin birgə təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilib.
BANM ilə Əbu-Dabi Neft İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun başçılıq etdiyi nümayəndə heyəti Heriot-Vatt Universitetinin (HVU) rəhbərliyi ilə ikitərəfli əməkdaşlıq və Əbu-Dabi Neft İnstitutu ilə əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədi ilə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi və Dubay şəhərlərinə səfər edib.
Baş icra məmuru: “İcraatda olan hər doqquz işdən biri alimentin ödənilməsi ilə bağlıdır”
“Əhalinin məhkəmələrə inamının təzahürü olaraq son illər baxılan işlərin sayının çoxalması icra xidmətində də iş həcminin dəfələrlə artmasına səbəb olub”.
Şəhidlərin ruhuna göstərilən yüksək ehtiram
Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə göstərilən ehtiram, onların əziz xatirəsinin hər zaman uca tutulması gənc nəsildə də Vətənə, torpağa məhəbbət hissini artırır, onların vətənpərvər ruihda böyüməsinə gətirib çıxarır. Sevindirici hal ondan ibarətdir ki, bu kimi tədbirlər respublikanın hər bir bölgəsində keçirilir. Bu günlərdə belə tədbirlərdən biri Qax rayonunda baş tutub.
Təqsirləndirilən: “Pulları Beytulla Hüseynova vermişəm" - “RABİTƏ İŞİ” - YENİLƏNİB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
2018-ci ildə manatın məzənnəsi necə olacaq?
"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan manatının məzənnəsi ilə bağlı proqnozlarını açıqlayıb.
Sərnişin təyyarəsi yoxa çıxıb
Pakistan televiziyası Pakistan Beynəlxalq Hava yollarına aid bir sərnişin təyyarəsinin ölkənin şimalında uçarkən itdiyi xəbərini yayıb. Ölkənin şimalında yerləşən Chitral şəhərindən paytaxt İslamabada uçmalı idi. Lakin paytaxta yaxınlaşərkən təyyarənin radrla əlaqəsi itib. İçərisində 47 sərnişi olan təyyarənin Havelian yaxınlığında qəzaya uğradığı bildirilir.














