SOCAR keçən ay  dövlət büdcəsinə 120 milyon manata yaxın vəsait ödəyib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin noyabr ayında dövlət büdcəsinə 116 milyon 193 min manat vəsait ödənilib. “OLAYLAR”-ın şirkətə istinadən verdiyi xəbərə görə, , cari ilin yanvar-noyabr aylarında büdcəyə 1 milyard 266 milyon 365 min manat vəsait ödənilib. Bundan əlavə, bu ilin noyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 381 min manat vəsait köçürüb. Qeyd edək ki, bu göstərici ötən ilin noyabr ayı ilə müqayisədə 1 milyon 192 min manat və ya 110,7 faiz çox olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-noyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 131 milyon 751 min manat təşkil etmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5 milyon 141 min manat və ya 104,1 faiz çox olub. 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin noyabr ayında dövlət büdcəsinə 116 milyon 193 min manat vəsait ödənilib. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə, , cari ilin yanvar-noyabr aylarında büdcəyə 1 milyard 266 milyon 365 min manat vəsait ödənilib. Bundan əlavə, bu ilin noyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 381 min manat vəsait köçürüb. Qeyd edək ki, bu göstərici ötən ilin noyabr ayı ilə müqayisədə 1 milyon 192 min manat və ya 110,7 faiz çox olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-noyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 131 milyon 751 min manat təşkil etmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5 milyon 141 min manat və ya 104,1 faiz çox olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31