Baş icra məmuru: “İcraatda olan hər doqquz işdən biri alimentin ödənilməsi ilə bağlıdır”

“Əhalinin məhkəmələrə inamının təzahürü olaraq son illər baxılan işlərin sayının çoxalması icra xidmətində də iş həcminin dəfələrlə artmasına səbəb olub”.

"Əhalinin məhkəmələrə inamının təzahürü olaraq son illər baxılan işlərin sayının çoxalması icra xidmətində də iş həcminin dəfələrlə artmasına səbəb olub". "Olaylar" xəbər verir ki, bunu deyən İcra baş idarəsinin rəisi - Baş icra məmuru vəzifəsini icra edən Nurəddin Mustafayevin sözlərinə görə, təkcə cari ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə icra işlərinin sayı 60 faizdən çox artıb, onlardan 230 mindən çoxunun icrası təmin edilib, görülən icra tədbirləri nəticəsində fiziki, hüquqi şəxslərə və dövlət büdcəsinə, o cümlədən vergi borcları ilə bağlı 200 milyon manatadək vəsait ödənilib. Məlumatda o da bildirilir ki, icraatda olan hər doqquz işdən biri alimentin ödənilməsi ilə bağlıdır ki, bu da uşaqların birbaşa hüquqlarına toxunur. Bununla bağlı cinayət qanunvericiliyinə müvafiq dəyişikliklər edilərək alimentin ödənilməsindən boyun qaçırmaya görə cinayət məsuliyyəti sərtləşdirilməklə icranın səmərəsi artırılıb. Həmçinin bankların problemli kreditləri ilə bağlı on minlərlə məhkəmə əmrinin icraata daxil olmasının iş yükünün əhəmiyyətli dərəcədə artmasına səbəb olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31