Yaponiya televiziyasında Azərbaycandan danışılıb
Yaponiyanın paytaxtı Tokio şəhərində “World Investors TV” internet kanalının canlı yayımında Yaponiya-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafı və Azərbaycan diasporu mövzusunda fikir mübadiləsi aparılıb. “OLAYLAR”-ın xəbərinə görə, tədbir Dünya Azərbaycanlılarə Assableyasının Yaponiya nümayəndəliyinin və “World Investors TV”-nin birgə təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilib.
7 Dekabr 2016 17:11 SosialYaponiyanın paytaxtı Tokio şəhərində "World Investors TV" internet kanalının canlı yayımında Yaponiya-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafı və Azərbaycan diasporu mövzusunda fikir mübadiləsi aparılıb. "OLAYLAR"-ın xəbərinə görə, tədbir Dünya Azərbaycanlılarə Assableyasının Yaponiya nümayəndəliyinin və "World Investors TV"-nin birgə təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilib. Dünya Azərbaycanlıları Assambleyasının Şərqi və Orta Asiya ölkələri üzrə vitse prezidenti, Yaponiya nümayəndəliyinin sədri Əlibəy Məmmədov vurğulayıb ki, Yaponiya və Azərbaycan ikitərəfli münasibətlərinin inkişafında xüsusilə son iki il əvəzsiz rol oynayıb. DAA vitse-prezidenti qeyd edib ki, hər iki ölkənin yüksək rütbəli siyasi və biznes adamlarının qarşılıqlı səfərlərinin, iki ölkə arasında həm mədəni, həm iqtisadi və həm də siyasi sahədə mübadilələrin sayının artması, hər iki ölkənin bir-birinə verdiyi dəyərin təcəssümüdür. O bildirib ki, hər iki ölkə bir-birinə qarşılıqlı hörmətlə bağlıdır. Verilişdə o da qeyd edilib ki, bugün artıq Yaponiya bazarında Azərbaycan balı, narı, şərabı öz layiqli yerini tapmaqdadır. Gələcəkdə bu işlərin daha da intensivləşəcəyinə inamla yanaşılıb.