Gündəm

Strateji Yol Xəritəsinin icrası ölkə iqtisadiyyatına yeni nəfəs gətirəcək

7 Dekabr 2016 16:51

Dəyişib inkişaf edən dünyada hər bir ölkənin öz milli iqtisadiyyatını qurması, onu inkişaf etdirməsi olduqca zəruri və əhəmiyyətlidir.

Deputat: Yol xəritələri ölkə iqtisadiyyatının bərabər və dinamik inkişafına xidmət edəcək

7 Dekabr 2016 16:49

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi ölkə iqtisadiyyatının bərabər və dinamik inkişafına xidmət edəcək. Bunu millət vəkili Rüfət Quliyev deyib.

Musa Quliyev Yol xəritəsi layihəsinin üstünlüklərindən danışdı AÇIQLAMA

7 Dekabr 2016 16:47

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı çox mühüm əhəmiyyətə malikdir”. BunuSİA-ya Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Prezident İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verib

7 Dekabr 2016 16:39

Prezident İlham Əliyev İndoneziya Respublikasının prezidenti Coko Vidodoya başsağlığı verib.

Vüqar Rəhimzadə: ""Reket" jurnalistlərin ifşası mənəvi terrorun qarşısını almaq deməkdir"

7 Dekabr 2016 16:30

Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının vətəndaşları şantaj edən "reket" jurnalistlər şəbəkəsini ifşa etməsi təqdirəlayiqdir.

ABŞ Azərbaycana yardımı artırdı

7 Dekabr 2016 16:07

ABŞ Dövlət Departamenti 2017-ci il büdcəsində Azərbaycana yardımların artırılmasını təklif edir. Gələn il Azərbaycana ayrılacaq maliyyə dəstəyinin 2016-cı ilə nisbətən təxminən 3 milyon dollar artırılması nəzərdə tutulur. Belə ki, 2016-cı il büdcəsində ABŞ Azərbaycana yardım üçün 10.08 milyon dollar ayırmışdı, gələn il isə bu vəsait 12.94 milyon dollara yaxındır. Və Dövlət Departamenti elan edir ki, maliyyə dəstəyinin artırılmasının məqsədlərindən biri Azərbaycanın Rusiyanı təzyiqlərinə və təsirinə qarşı müqavimətini gücləndirməkdir.

Azərbaycanda yenidoğulanların genetik müayinəsi aparılacaq

7 Dekabr 2016 16:04

“Azərbaycanda yenidoğulanların bir sıra anadangəlmə və irsi xəstəliklərə görə skrininqi aparılacaq”. Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev deyib ki, yenidoğulanların bir sıra anadangəlmə və irsi xəstəliklərə görə skrininqinin (genetik müayinə) aparılması Səhiyyə Nazirliyinin strategiya planında nəzərdə tutulub. Bu, sadə iş olmadığından böyük vəsait tələb edir: “Çünki ölkədə hər il 170-175 min körpə dünyaya gəlir. Bütün uşaqların hamısının müayinə edilməsi çətindir. Genetik müayinələr gen səviyyəsində molekulyar bioloji üsulları tətbiq etməklə aparılmalıdır”.

Ukrayna parlamenti dünya ölkələrinə müraciət edib

7 Dekabr 2016 16:02

Ukrayna Ali Radası dünya dövlətlərinə Qolodomor faciəsinin (1932-1933-cü illərdə Ukraynada yaşanmış kütləvi aclıq - red.) Ukrayna xalqına qarşı soyqırımı kimi tanınması ilə bağlı müraciət edib.

Beş rayonda qızıl və digər filiz yataqlarının axtarışı aparılır

7 Dekabr 2016 15:59

Hazırda Qusar, Goranboy, Şəki, Gədəbəy və Göygöl rayonları ərazisində qızıl və digər filiz yataqlarının axtarış işləri aparılır.

Məmurlar xalqın yanında olmalıdır

7 Dekabr 2016 15:56

Dekabrın 7-də Milli Məclis “2017-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsini davam etdirib. İlkin olaraq millət vəkili Musa Quliyev bildirib ki, qeyri-neft sektorunun inkişafı üçün kənd təsərrüfatının, İKT-nin, turizmin və yüngün sənayenin inkişafına ciddi fikir verilməlidir: “Ölkə başçısının ötən gün Strateji Yol Xəritəsi ilə bağlı bağlı imzaladığı fərman da bu məqsədlərə xidmət edir. Gələn ilin büdcəsində sosial xərclər ümumi büdcənin 40.3 faizini təşkil edir və bu rəqəm faiz nisbəti ilə ötən ilin büdcəsindən yüksəkdir.

Deputatlarımız Brüsselə səfər ediblər

7 Dekabr 2016 15:54

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev və deputat Rasim Musabəyov dekabrın 7-də Belçikanın paytaxtı Brüsselə səfər ediblər. Bu barədə MM-dən “Olaylar”a verilən məlumata görə, millət vəkilləri “Şərq tərəfdaşlığı ölkələrində münaqişə zonaları və həmin zonalarda insan hüquqları” mövzusunda konfransda iştirak edəcəklər. Konfransın məqsədi dondurulmuş münaqişələrin Şərq Tərəfdaşlarının ərazilərində, Krım, Donbass, Transnistria, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda insan hüquqlarının və fundamental azadlıqların icrasına təsirini araşdırmaqdır.Tədbirdə Avropa İttifaqı qurumlarının təmsilçiləri, Avropa Parlamentinin və tərəfdaş ölkələrin deputatları, hökumət təşkilatlarının ekspertləri iştirak edəcəklər. Deputatlarımız toplantılarda müzakirəyə çıxarılacaq məsələlər barədə fikirlərini açıqlayacaq, təkliflərini bildirəcəklər. Səfər dekabrın 9-da başa çatacaq.

Bakı məşhur turist şəhərləri siyahısında ilk beşlikdə

7 Dekabr 2016 15:53

Nüfuzlu tripadvisor.com səyahət məsləhətçisi saytının ötən ilin oktyabrından bu ilin oktyabr ayına qədər topladığı rəy sorğusunda daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələri siyahısında Bakı şəhəri beşinci yerdə qərarlaşıb. Reytinq siyahısı 43 istiqamət üzrə xüsusi uçuşlar, hotel və restoranların bron edilməsi və artan turist maraqları əsasında hazırlanıb.

Rusiyadan SON SÖZ: "Şəhərdə qalanların hamısı öldürüləcək"

7 Dekabr 2016 15:51

Suriyanın Hələb şəhərinin şərq hissəsində atəşkəs barədə heç kimlə danışıqlar aparılmayacaq. Bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Baş pediatr: “Yeni doğulanların 2 faizində irsi xəstəliklər aşkar olunur”

7 Dekabr 2016 15:49

Digər ölkələrdə olduğu kimi Azərbaycanda da yeni doğulanların təxminən 2 faizində, yəni hər 100 nəfərin ikisində irsi xəstəliklər aşkar olunur. APA-nın xəbərinə görə, bunu  Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib.

Kiyevdə azarkeşlər arasında baş verən insidentdə 10 nəfər xəsarət alıb

7 Dekabr 2016 15:47

Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Ukraynanın "Dinamo" və Türkiyənin "Beşiktaş" klubları arasındakı oyundan öncə Kiyevdə azarkeşlər arasında baş vermiş insidentdə 10 nəfər yaralanıb.