Prezident İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verib
Prezident İlham Əliyev İndoneziya Respublikasının prezidenti Coko Vidodoya başsağlığı verib.
7 Dekabr 2016 16:39 SiyasətPrezident İlham Əliyev İndoneziya Respublikasının prezidenti Coko Vidodoya
başsağlığı verib.
Başsağlığında deyilir:
"İndoneziyanın Açex vilayətində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
Allah rəhmət eləsin!" AZƏRTAC
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31