Gündəm
Xüsusi xidmət orqanları radikal qrup üzvlərini saxlayıblar
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) Aktobedə keçirdiyi xüsusi əməliyyat zamanı neft oğurluğunda şübhəli bilinən şəxsləri saxlayıb.
Şamaxıda baş verən sürüşmə aktiv fazadadır, hələ başa çatmayıb
"Şamaxıda baş verən sürüşmə aktiv fazadadır, hələ sürüşmə başa çatmayıb". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.
Almaniya polisi TBMM sədrinin müavinini saxladı
Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin müavini Ayşenur Bahçekapılı Almaniya polisi tərəfindən "qaçaqmalçılıq"da şübhəli bilinərək saatlarla saxlanılıb. Onun çantası Almaniyanın Köln şəhərində qaldığı mehmanxanada oğurlanıb. Çantada pul, kredit kartı, pasport da olub.
Avropa nümayəndələri əlillər üçün yaradılmış müasir reabilitasiya şəraiti ilə tanış olublar
Ölkəmizdə səfərdə olan Avropa/Avrasiya Xüsusi Olimpiya Komitəsinin prezidenti Devid Yevangelista və Komitənin inkişaf üzrə direktoru Kşiştof Krukovski səfər çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinə gələrək, burada əlilliyi olan şəxslər üçün müasir tələblər səviyyəsində yaradılmış reabilitasiya şəraiti ilə tanış olublar.
Ankara Dağlıq Qarabağ problemi ilə əlaqədar Rusiya ilə danışıqları intensivləşdirib
Türkiyə-Rusiya münasibətləri hər ötən gün yeni bir mərhələyə qədəm qoyur. Artıq hər iki ölkə ən prinsipial məsələlərdə belə ümumi razılıq əldə edə bilirlər. Hətta Ankara və Moskva mal və məhsulların alqı-satqısı zamanı lirə və rus rublundan istifadə etmək barədə də razılaşma ərəfəsindədirlər. Bu arada qarşılıqlı təmaslar da artmaqdadır. Belə ki, Türkiyənin baş naziri Binəli Yıldırım dekabrın 6-da Moskvada rəsmi səfərdə olub. Eyni gündə Türkiyənin prezidenti Rəcəb Təyyub Ərdoğan “Türx axını” layihəsini imzalayıb. Ərdoğanın bu addımını Rusiya prezidenti Vladimir Putin yüksək qiymətləndirib və bunu Binəli Yıldırıma da söyləyib. Bununla Rusiya qazı Türkiyə üzərindən Avropaya daşınacaq. Bu Rusiyanı münasibətləri gərgin olduğu Ukrayna üzərindən tranzit asılılığından qurtaracaq.
Xalq diplomatiyası yenidən gündəmdə
20 ildən artıq davam edən Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, işğal altında olan ərazilərimizin azad edilməösi istiqamətində münaqişənin həllini öz üzərinə götürən ATƏT-in Minsk qrupu, eləcə də digər beynəlxalq təşkilat və qurumların problemin həllinə olan biganəliyi Azərbaycanı müəyyən addımlar atmaq məcburiyyətində qoyur. Belə ki, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə ordunu gücləndirmək, yeni silahlar almaq və Rusiya-Türkiyə yaxınlaşmasından faydalanmaqla yanaşı son aylar “xalq diplomatiyası”na da üstünük verməyə başlayıb.
Aqrar sahəyə ayrılan vəsaitin artırılması...
Gələn ilin dövlət büdcəsinin parlament müzakirələri deputatların məsləyə müxtəlif yanaşmaları ilə müşahidə olunur. Bir sıra deputatlar həllini gözləyən sosial- iqtisadi problemləri qabartsalar da, digərləri hazırki büdcə ilə iqtisadi dayanıqlığın təmin olunacağı qənaətindədir.
“Naxçıvan modeli bizim üçün bir örnəkdir”
Son aylar Kipr probleminin həlli istiqamətində aparılan danışıqlar prosesi intensivləşsə də, lakin rum tərəfinin qeyri-konstruktiv mövqeyi səbəbindən danışıqlarda ümumi razılıq əldə etmək mümkün olmur. Hər görüşdən sonra növbəti danışıqlara ümid bəslənilsə də, ancaq ümidlər özünü doğrultmur. Bu isə öz-özlüyündə danışıqlara olan inam hissini azaldır. Elə Ağdəniz Strateji Araşdırmalar Mərkəzinin sədri Mehmet Aldəmir də bu qənaətdədir. “OLAYLAR”-a verdiyi müsahibədə Mehmet Aldemir mövcud vəziyyətdən çıxış yollarını da göstərib.
“Dövlət büdcəsinin gəlir mənbələri azaldıqca....”
Keçən ilin sonlarından dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda iqtisadi sahədə baş verən arzuoluinmaz proseslər adekvat addımlar atmağın zəruriliyini ortaya qoyurdu. Adekvat addımlar sırasında isə ilk növbədə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi və beləliklə əlaə gəlir mənbələri əldə etmək kimi prioritet vəzifə dayanırdı. Neft və maliyyə böhranının davam etdiyi bu müddət ərzində qeyd edilən istiqamətlərdə müəyyən addımlar atıldı, tədbirlər həyata keçirildi. Amma neft böhranının hələ də davam etməsi qeyd edilən tədbirlərin daamlı olaraq reallaşdırılmasını zərurətə çevirir. Təsadüfi deyil ki, elə 2017-ci ilin dövlət büdcəsinin hazırlanması zamanı bu detallar xüsusi olaraq nəzərə alınıb.
Ermənistanda psixiatriya xəstəxanasına hücum olunub
İrəvanın Nubaraşen rayonunda psixiatriya xəstəxanasına basqın olub. Naməlum şəxs və ya şəxslər xəstəxana direktorunun kabinetinin qapısını sındıraraq, otağa daxil olublar. Məlumata əsasən, onlar otaqda pul axtarıblar, amma tapa bilməyiblər. Xəstəxanaya basqın edənlər hadisə yerindən qaçaraq gizləniblər. Hazırda İrəvan polisi faktla bağlı araşdırma aparır. Azvision.az
Azərbaycanda icra məmurundan boşanmış qadına əxlaqsız təklif: "Evimə gəl…"
Lider TV-də yayımlanan "Çıxış yolu" verilişinə müraciət edən Xəyalə adlı qadın şok iddia ilə çıxış edib. Xanım Astara məhkəmə qərarlarının icra şöbəsinin icra məmurları Sənan və Əli adlı şəxslər barədə dəhşətli açıqlamalar verib.
Dini maarifləndirmə tədbirləri davam edir
Dekabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zərdab rayonu Allahqulubağı kənd məscidi dini icması tərəfindən “Dini radikalizm və onun cəmiyyət üçün təhlükələri” layihəsi çərçivəsində “İslamda mötədillik” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan dəmir yolu nümayəndələrinin dördtərəfli görüşü keçirilib
"Azərbaycan Dəmir Yolları” QSC-də Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan dəmir yolu nümayəndələrinin dördtərəfli görüşü keçirilib.
Təhsil müəssisələrində talassemiya ilə mübarizəyə dair tədbirlər keçirilib
Ümumi təhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində talassemiya ilə mübarizəyə dair tədbirlər təşkil olunub.
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi özünə yeni klub tapdı
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednik özünə yeni iş yeri tapıb. Təcrübəli çalışdırıcı yenidən Belçikada işləyəcək. 54 yaşlı Rednik "Mouscron" klubunun yeni baş məşqçisi təyin olunub.














