Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan dəmir yolu nümayəndələrinin dördtərəfli görüşü keçirilib
"Azərbaycan Dəmir Yolları” QSC-də Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan dəmir yolu nümayəndələrinin dördtərəfli görüşü keçirilib.
7 Dekabr 2016 15:07 Sosial"Azərbaycan Dəmir Yolları" QSC-də Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan dəmir yolu nümayəndələrinin dördtərəfli görüşü keçirilib. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə, görüşdə "Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov, "Qazaxıstan Dəmir Yolu" SC-nin Prezidenti Kanat Alpısbayev, Türkiyə Dəmir Yolu Daşımaçılığın baş direktoru Veysi Kurt və "Gürcüstan Dəmir Yolu" SC-nin sədri Mamuka Baxtadze və iştirak ediblər. Tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qayğı və dəstəyi ilə beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesində ölkəmizin aktiv iştirakı, Azərbaycan Dəmir Yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Tərəflər Beynəlxalq TransXəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri, bu marşrut ilə daşınan yüklərin həcminin artırılması və tariflərin optimallaşdırılması məsələlərini müzakirə ediblər. Görüşün sonunda anlaşma memorandum imzalanıb.