Gündəm
McDonald`s-da daha bir rüsvayçılıq
Sümük yanağında qaldı Rusiyanın paytaxtı Moskvada yaşayan tələbə Kirill Tropitsın McDonald`s fast-fud restoranları şəbəkəsinin Rusiya nümayəndəliyi olan "Moskva-McDonald`s"ı məhkəməyə verib.
Sürücülərə xəbərdarlıq
"Azərbaycanda yol-nəqliyyat hərəkəti qaydalarını pozan sürücülərə yazılan cərimələrin ödəniş terminalları vasitəsilə ödənilməsi zamanı ödənişin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) elektron sisteminə daxil olmasında gecikmələr yaranır". Bunu açıqlamasında gecikmələrin yaratdığı problemlərdən əziyyət çəkən sürücülər deyiblər. Onlar qeyd ediblər ki, ödəniş terminal vasitəsilə ödənilən cərimələrin sistemə oturması üçün BDYPİ-yə gedərək, ödəniş barədə qəbzi təqdim edirlər, ərizə yazaraq cəriməni ödədiklərini yazılı formada DYP əməkdaşının diqqətinə çatdırmaq məcburiyyətində qalırlar.
Azərbaycanlı qızdan evlilik proqramında növbəti RƏZİLLİK: Başqası ilə... - VİDEO
Zuhal Topalın evlilik proqramı sayəsində məşhurlaşan Naz Mila növbəti dəfə hər kəsi təəccübləndirib. Azərbaycanlı qız uzun davam edən mübahisələrdən sonra sevgilisi Naz Bahal ilə nişanlanmışdı. Lakin cütlük cəmi 2 gün nişanlı qala bilib. Naz üzüyü atdığı üçün Baha ondan ayrılmağa qərar verib. Naz isə bundan sonra verilişə gəlməyəcəyini söyləyib.
Çingiz Qənizadə: ““Rekert” jurnalistlər xərçəng xəstəliyi kimi yayılıblar
"Qeyri-hökumət təşkilatları, həm də jurnalistika sahəsində reketlərə qarşı ciddi surətdə mübarizə aparmalıdır”. “Olaylar”xəbər verir ki, bunu millət vəkli Çingiz Qənizadə parlamentdə büdcə müzakirələri zamanı deyib. Onun sözlərinə görə, xərçəng xəstəliyi kimi yayılan “reket” jurnalistlərə qarşı mübarizə aparılmalıdır: “Hüquq mühafizə orqanlarının bu istiqamətdə gördüyü işlər təqdir olunmalıdır”.
Deputat “Azərişıq”ı ittiham etdi
“Mehriban Əliyevanın tikdirdiyi soyqırımı muzeyinə işıq verilmir.” “Olaylar” xəbər verir ki, bunu millət vəkili Yevda Abramov Milli Məclisdə (MM) çıxışı zamanı deyib. Onun sözlərinə görə, Qubada soyqırımı muzeyi tikilib:
Millət vəkillərinin pulları əllərində qalıb
Millət vəkli Elmira Axundova valyutadəyişmə mənətəqlərinin yenidən bərpa olunmasını təklif edir. “Olaylar” xəbər verir ki, millət vəkili deyib ki, bu gün ölkədə “qara bazar” tüğyan edir: “Günlərlə əlimizdə pul valyuta dəyişmək istəyirik, amma tapa bilmirik.
Əflatun Amaşov saytlara 1 milyon manat ayrılmasını istədi
Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün parlametdəki büdcə müzakirələri zamanı elektorn KİV-lərə - aparıcı saytlara da dövlət büdcəsindən vəsait ayrılmasını təklif edib.
Hamburqda Qarabağa dair görüşün keçirilməsi müzakirə olunur
ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçiriləcək iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə 3+2 formatında (Azərbaycan, Ermənistan və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri XİN rəhbərləri) görüşünün keçirilməsinin mümkünlüyü müzakirə olunub. Məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, görüşün keçirilməsi üzrə hələ yekun razılıq əldə edilməyib: “Razılıq olacağı təqdirdə, bu barədə məlumat veriləcək”.
Azərbaycan teatrı beynəlxalq mətbuatda...
Bu günlərdə beynəlxalq mətbu orqanlarının birində Azərbaycan teatrı, onun təşəkkül tarixi və bu tarixdə xüsusi yeri olan ölkə teatrları haqqında məqalə dərc olunub. Azərbaycan teatr tənqidinin istedadlı nümayəndəsi, teatrşünas alim, Mədəniyyət və İncəsənət Universitetinin “teatrşünaslıq” kafedrasının müdiri, professor Aydın Talıbzadənin qələminin məhsulu olan məqalə “Azərbaycan teatrı: sosial portret və estetik “xəritə” ”adlanır. Məqalə Yunanıstanın aparıcı internet saytlarından biri olan http://www.greek-theatre.gr/-da yer alıb.
"Nardaran işi" üzrə təqsirləndirilən 12 nəfərin işi icraata verilib
"Nardaran işi" üzrə təqsirləndirilən 12 nəfərin işi icraata götürülüb. Məlumata görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mail Bayramovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə müəyyənləşəcək.
Fransanın yeni daxili işlər naziri qondarma “Fransa-Artsax” dostluq qrupunun üzvüdür
Fransanın yeni daxili işlər naziri Bruno Le Runun adı arzuolunmaz şəxslər siyahısındadır.
Bank hesabı açmadan ölkədən kənara köçürülən xarici valyutanın məbləği açıqlanıb
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) ölkənin rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması qaydalarını təsdiqləyib.
3 il əvvəl itkin düşən şəxsin yandırıldığı məlum olub
Neftçala rayonunda qətli törətməkdə şübhəli bilinən ailə üzvləri saxlanılıb. Məlumata görə, 2013-cü ilin iyul ayında itkin düşən 1961-ci il təvəllüdlü Heybətov Aydın Dəmir oğlunun qətlə yetirildiyi məlum olub.
"Euronews" Azərbaycan prezidentinin müsahibəsini yayımlayıb
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları ("Bakutel-2016") sərgisi ilə tanışlıq zamanı "Euronews" telekanalına müsahibə verib.
DTX-dan Habil Vəliyev açıqlaması
Hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib Dövlət Təhlükəsizlik Xidməti “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin həbsini təsdiqləyib.














