Deputat “Azərişıq”ı ittiham etdi
“Mehriban Əliyevanın tikdirdiyi soyqırımı muzeyinə işıq verilmir.” “Olaylar” xəbər verir ki, bunu millət vəkili Yevda Abramov Milli Məclisdə (MM) çıxışı zamanı deyib. Onun sözlərinə görə, Qubada soyqırımı muzeyi tikilib:
7 Dekabr 2016 14:52 Sosial"Mehriban Əliyevanın tikdirdiyi soyqırımı muzeyinə işıq verilmir." "Olaylar" xəbər verir ki, bunu millət vəkili Yevda Abramov Milli Məclisdə (MM) çıxışı zamanı deyib. Onun sözlərinə görə, Qubada soyqırımı muzeyi tikilib:
"Çox sağ olsun, həmin muzeyi Mehriban xanım tikdirib. Bu hamımızın gözlədiyi bir muzey idi. Analoqu yoxdur. Mən ora çoxlu qonaqlar aparıram. O muzeydə mənim adım hər gün, hər həftə var. Ancaq muzeyin işığı yanmır, Oqtay müəllim. Soyqıırımı muzeyinin işığı yanmır". Millət vəkili əlavə edib ki, rayonda Gənclər Mərkəzi də tikilib:
"Ancaq işıq yoxdur. Kimin balansına verilməsi məsələsi də havadan asılı qalıb".