Gündəm

Yevda Abramov: “Hardandır bu adamlarda bu qədər dollar?”

7 Dekabr 2016 14:26

“Tarif Şurası qərar qəbul edərkən hansı arqumentləri əsas götürür? Deyirlər, bu qərar aztəminatlı ailərə təsir etməyəcək, mən buna inanmıram”. Bunu deyən deputat Yevda Abramov bildirib ki, dünyada baş verən proseslər Azərbaycanın büdcəsinin formalaşmasına da təsir edib.

Deputat ÜSY-dən imtinaya çağırır

7 Dekabr 2016 14:25

"Büdcənin gəlir və xərcləri azalıb. Gələcəkdə daha geniş büdcə tərtib etməkdən ötrü büdcənin artırılaması barədə düşünməliyik”. Bunu deyən millət vəkili Musa Quliyevin sözlərinə görə, bu yol qeyri-neft sektorunun inkişafı yoludur: “Büdcədə sosial xərclər 40,3 faiz təşkil edir və ötən ilə nisbətən yüksəkdir. O, bildirib ki, ünvanlı sosial yardımından imtina etməyin vaxtı gəlib çatıb. Hökumət bu barədə düşünmməlidir. Nə qədər şəffaf olsa da ortada insan faktoru var. İstənilən halda büdcədən yayınmalar ortaya çıxır”. 

Tahir Rzayev: “Xadiməni ixtisar edib, özlərinə yeni müşavirlər təyin edirlər”

7 Dekabr 2016 14:23

“Bəzi vəzifə sahiblərinin işçiləri ixtisar etmələri doğru deyil”. Bunu deyən millət vəkili Tahir Rzayevin sözlərinə görə, kitabxanaçının, xadimənin ixtisari haqsızlıqdır: “Onların maaşı onsuz da cüzi məbləğdir və həmin pulla neçə ailə dolanır. İşçiləri ixtisar edirlər, özlərinə müşavirlər təyin edirlər, bahalı maşınlar sürürlər. Özəl sektor inkişaf etdirilməlidir”.

Cəsuslar edam edilib

7 Dekabr 2016 14:19

Səudiyyə Ərəbistanında 15 nəfər İrana cəsusluq etməklə ittiham olunaraq edam cəzsı verilib.

Hizbullah bombalandı

7 Dekabr 2016 14:02

Ötən gecə naməlum reaktiv qırıcı təyyarələr tərəfindən  Hizbullah təşkilatının Dəməşqin Qərbindəki Əl-Zəbədan yaxınlığındaki düşərgəsini bombalanıb. Verilən məlumata görə bombardıman edilən düşərgədə Hizbullahın raket mövqeləri qurulmuşdu. Hadisəni  bölgədə yaşayan əhali də təsdiq edib. İsrail və rəsmi Dəməşqdən hələlik hadisə iləəlaqədar hər hansı bir açıqlama verilməyib. Plotoloqların fikirlərinə görə aksiya İsrail hərbi təyyarələri tərəfindən gerçəkləşdirilib. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.

“Məişət zorakılığına məruz qalan qadınlara xüsusi mərkəzlər tikilsin”

7 Dekabr 2016 14:00

“Ümid edirik ki, 2017-ci ilin dövlət büdcəsinin gərginliyi ölkə başçısının tapşırığı ilə həyata keçirilən sosial evlərin tikintisini ləngitməyəcək”. “Olaylar” xəbər verir ki, bunu deputat Jalə Əliyeva Milli Məclisin plenar icasında 2017-ci ilin büdcəsinin müzakirələri zamanı deyib. Ölkənin bəzi rayonlarında icbari tibbi sığorta ilə bağlı pilot layihələrə başlanıldığını deyən millət vəkili bildirib:

Büdcə müzakirələri davam etdirilir

7 Dekabr 2016 13:58

Milli Məclisin plenar iclası öz işinə başlayıb.”Olaylar” xəbər verir ki, iclasda deputatlar və hökumət nümayəndələri 2017-ci ilin büdcə zərfini müzakirə edirlər. Qeyd edək ki , büdcə zərfinə "2017-ci il dövlət büdcəsi haqqında", "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında", "2017-ci il üçün yaşayış minimumu haqqında", " 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında", “Milli Məclisin 2017-ci il üçün xərclər smetası haqqında” və “Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında” qanun layihələri daxildir.

Zığ-Hava limanı avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılır

7 Dekabr 2016 13:53

Aparılacaq profilaktik təmir işləri ilə əlaqədar olaraq 9 dekabr 2016-cı il tarixindən Zığ-Hava limanı avtomobil yolunun (beton yol) Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində 3 hərəkət zolağıdan 2 zolaq hərəkət üçün qısa müddətlik bağlanacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, sözügedən profilaktik təmir işləri yolun 15-ci km-də aparılacaq. Avtonəqliyyat vasitələrinin maneəsiz hərəkəti 1 hərəkət zolağı ilə təmin olunacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Əbülfəs Qarayev YUNESKO-nun baş direktoru ilə görüşüb

7 Dekabr 2016 13:49

YUNESKO-nun baş direktoru İrina Bokova Parisdə səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi qəbul edib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdə Azərbaycan-YUNESKO əlaqələri barədə geniş fikir mübadiləsi aparılıb.

Natiq Əliyev Dövlət Departamentinin rəsmisi ilə görüşüb

7 Dekabr 2016 13:49

ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun Enerji Diplomatiyası ofisinin direktoru Uilyam Silkvort regional səfəri çərçivəsində Energetika Nazirliyində olub. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın da iştirak etdiyi görüşdə dünya enerji bazarındakı son vəziyyət, eləcə də regionda həyata keçirilən enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb. Amerika nümayəndə heyəti OPEC-in növbəti görüşü ərəfəsində Azərbaycanın mövqeyi ilə maraqlanıb.

“Anaya ehtiyacı olan qızlar ana olmasınlar!” layihəsi yekunlaşdı

7 Dekabr 2016 13:46

Gənc ana Rəna Məmmədova tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra olunan “Anaya ehtiyacı olan qızlar ana olmasınlar!” layihəsinin icrası sona çatıb.

“Bizim dövr” və “Gündəlik Bakı” qəzetlərinin baş redaktorlarının saxlanması araşdırılır

7 Dekabr 2016 13:36

“Azərbaycan Mətbuat Şurası yarandığı gündən media məkanındakı neqativ hallara, sui-istifadələrə qarşı mübarizə aparmaqdadır. Bu mübarizəyə ictimaiyyətin diqqətini cəlb etmək üçün zamanında “reket jurnalistika” ifadəsi düşünülüb. “Reket juranlistika”ya qarşı mübarizə Komissiyası da yaratmışıq”.

Xaraba qalan Ermənistanın xəyanəti - Spitak zəlzələsi

7 Dekabr 2016 13:34

7 dekabr 1988-ci il... Saat 11:41... Spitak şəhəri. Güclü uğultu və titrəyiş. Bu Ermənistanda "Spitak zəlzələsi" kimi tarixə düşən dəhşətli zəlzələ idi. 30 saniyənin içərisində ermənilərin gəlmə olduğu qədim türk şəhəri olan Hamamlı yer üzündən silinir. Bəli, bu ərazi məhz qədim türklərin yaşadığı tarixi mənbələrdə adı Hamamlı kimi qeyd edilən türk şəhəri idi. Daima saxta tarix və dövlət yaratmağı adət edən ermənilər bu ərazini sonralar Spitak adlandırmışlar.