Əbülfəs Qarayev YUNESKO-nun baş direktoru ilə görüşüb
YUNESKO-nun baş direktoru İrina Bokova Parisdə səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi qəbul edib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdə Azərbaycan-YUNESKO əlaqələri barədə geniş fikir mübadiləsi aparılıb.
7 Dekabr 2016 13:49 SosialYUNESKO-nun baş direktoru İrina Bokova Parisdə səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi qəbul edib. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, görüşdə Azərbaycan-YUNESKO əlaqələri barədə geniş fikir mübadiləsi aparılıb. Görüşdə nazir Əbülfəs Qarayev YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın salamlarını çatdıraraq Azərbaycan-YUNESKO əməkdaşlığının inkişafında xanım Mehriban Əliyevanın olduqca mühüm rolu olduğunu bildirdi. İrina Bokova öz növbəsində Azərbaycan dövlətinə və xüsusilə də 1-ci Xanım Mehriban Əliyevaya həm YUNESKO-nun fəaliyyətinə, həm də öz ölkəsində və bir çox digər üzv ölkələrdə mədəni irsin qorunmasına böyük töhfələr verdiyini diqqətə çatdırıb. Görüşdə mədəniyyət və irs sahələrində əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Bakı Prosesi təşəbbüsü, növbəti ildə keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və ilk dəfə bu tədbir çərçivəsində Beynəlxalq təşkilatların rəhbərlərinin Yüksək səviyyəli görüşü, müxtəlif dinlər və mədəniyyətlər arasında dialoqu gücləndirmək üçün layihələr ətrafında müzakirə aparılıb.