Merkel niqabın qadağasını tələb edib

Almaniya kansleri Angela Merkel ölkəsində müsəlmanlara niqabın qadağasını tələb edib. Xristian-Demokratik Partiyasının iclasında çıxış edən kansler Almaniyada dini geyimlərin qanun çərçivəsində qadağan edilməsini istəyib. Onun sözlərinə görə, ünsiyyət zamanı insan öz simasını göstərməlidir. Bunu vacib amil hesab edən Merkel: "Məhz ona görə üzün bütün hissəsini örtən niqabı mümkün olan hər yerdə qanun çərçivəsində qadağan etmək lazımdır. Bu geyim bizim ölkənin bir parçası deyil", - deyib. Qafqazinfo.az 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31