Gündəm
Diqqət!!! 60 kilodan yuxarı olanlar təcili oxusun!
172 829 nəfər vətəndaşa fərdi şəxsi hesab açılıb
Cari ilin noyabr ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,4 faiz çox, yəni 17 071 nəfərə fərdi şəxsi hesab açılıb.
Lənkəranda çayxana yanıb
Lənkəran rayonunda çayxana yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Türkəkəran kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan çayxana kimi fəaliyyət göstərən talvarın yanar konstruksiyaları, talvarın altına yığılmış 1 ədəd generator, 1 ədəd soyuducu, 2 ədəd vitrin soyuducu və 3 ədəd stol-stul yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
FETO – nun məktəbi satışda
Nyu – Yorkda fəaliyyət göstərən FETO terror qruplaşmasına məxsus Amity School məktəbinin binası əmlak şirkəti tərəfindən satışa çıxarılıb. Türkiyədə baş verən 15 iyul çevrilişinin bir nömrəli səbəbkarı olan Fətullah Gülənə aid Amerikada bir neçə müqaviləli məktəblərin olduğu məlum olub.
Azərbaycan prezidenti Kuba səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev Kuba Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondonun etimadnaməsini qəbul edib.
Bakıya qar yağacaq, şaxta olacaq
Bakı və Abşeron yarımadasında dekabrın 8-də bəzi yerlərdə arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcək.
"Reket"lərə qarşı cəbhə genişlənir - Mediadan DTX-ya dəstək
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Azərbaycanda "reket" jurnalist fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı keçirdiyi son əməliyyatlara ölkə ictimaiyyəti və ciddi mediası tərəfindən reaksiyalar gəlir.
Almaniyadan miqrantlara qarşı aqresiya
Almaniya baş naziri Angela Merkel " Hökümətin qarşısında miqrant məsələsi var, bu baş ağrıdan bir məsələdir " deyən baş nazirin bu sözləri EURONEWS xəbər agentliyində yayımlanıb.
Ərdoğan-Putin görüşünün tarixi bəlli oldu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü 2017-ci ilin birinci yarısına planlaşdırılıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev türkiyəli həmkarı Binəli Yıldırımla görüşün nəticələrinə həsr edilən mətbuat konfransında bildirib: "Biz gələcək fəaliyyətimiz, layihələrin hazırlanması istiqamətində işlərin sürətləndirilməsində, eləcə də Ali Əməkdaşlıq Şurasının iclası üçün vacib sənədlərin hazırlanmasında razılığa gəldik. Prezidentlər səviyyəsində keçirilən Şuranın iclası gələn ilin birinci yarısına planlaşdırılır”. Sia.az
Parklanma ilə bağlı cəzalar Azərbaycan üçün yenilikdir
“Azərbaycanda küçələrdə və yollarda dayanma və durma qaydalarının pozulması ilə bağlı cərimələr var. Lakin İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik ödənişli dayanacaqlarla bağlıdır”. Bunu açıqlamasında yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
“AtaTravel” MMC Yeni il turu təklif edir
“AtaTravel” MMC 31 dekabr-3 yanvar tarixlərinə “Şəmkir Excelsior Hotel” otelinə Yeni il turu təklif edir. Bu barədə məlumat “OLAYLAR”-a şirkətdən daxil olub. Bildirilib ki, bir nəfər üçün 3 gecə və 4 günlük turun qiyməti 245 AZN təşkil edir. Turun qiymətinə 3 gün səhər və şam yeməyi, Yeni il şam yeməyi, Şəmkir şəhər parkına gəzinti və DJ Huseynin iştirakı ilə diskoteka daxildir. 6 yaşadək uşağın iştirakı pulsuzdur. 6 yaşdan 11 yaşa qədər olan uşaq üçün qiymət 150 AZN təşkil edir. Yeni il tədbirinin proqramında müxtəlif əyləncələr keçiriləcək.
Təmas xəttində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 8-də Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Mövqelərimiz atəşə tutulub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 44 dəfə pozub. Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Metro pulsuz olacaq
Fransanın paytaxtı Parisdə havanın həddən artıq kirlənməsi hökuməti məsələ ilə bağlı qərar qəbul etməyə məcbur edib.
Rusiya və Türkiyə qarşılıqlı ticarətdə milli pul vahidlərinə k eçmək üçün çalışmalara başlayıb
Rusiya və Türkiyə mərkəzi bankları qarşılıqlı ticarətdə milli pul vahidlərinə keçmək üçün texniki məsələlərin həllinə başlayıb.














