Gündəm
Netanyahunun səfəri ölkələrimiz arasında əməkdaşlığı gücləndirəcək
“İsrailin baş naziri Binyamin Netanyahunun Azərbaycana gözlənilən səfəri ölkələrimiz arasında əməkdaşlığın güclənməsinə xidmət edəcək”. Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib. O bildirib ki, İsrailin prezidenti, xarici işlər nazirləri dəfələrlə Azərbaycanda səfərdə olub: “Hesab edirəm ki, bu, iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasının təzahürüdür. Azərbaycanla İsrailin enerji, təhlükəsizlik və digər sahələrdə çox ciddi əməkdaşlığı var. Bununla yanaşı dünyada çox fəal olan yəhudi icmaları da Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir, ölkəmizin üzləşdiyi işğal faktını, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda bizə dəstək verir. Ümid edirəm ki, Netanyahunun səfəri ölkələrimizin müxtəlif sahələrdə əməkaşlığının daha da güclənməsinə, bölgədə sabitliyin bərqərar olmasına xidmət edəcək”.
XİN bəzi səfirliklərin bağlanacağı barədə məlumatlara münasibət bildirib
“Qlobal maliyyə-iqtisadi böhranın fəsadlarını nəzərə alaraq, digər dövlət orqanları kimi Xarici İşlər Nazirliyi sistemində də büdcə vəsaitlərinə qənaət rejimi tətbiq edilir”.
Dağlıq ərazilərdəki seysmik qurğuların qışda işləməsi üçün...
Bəzi seysmik stansiyaların yüksək dağlıq ərazilərdə yerləşməsinə baxmayaraq, onların orada qış mövsümündə də işləməsi üçün bütün lazımi şərait yaradılıb. Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli seysmik stansiyalarında iş keyfiyyətinin yüksəldilməsi və stansiyalarda quraşdırılmış avadanlıqların iş prinsplərinin öyrənilməsi ilə bağlı keçirilən seminar-treninqdə deyib.
Beynəlxalq münasibətlərdə ədalət yoxdursa, digər dəyərlər universal ola bilməz
"Beynəlxalq münasibətlərdə ədalət yoxdursa, digər dəyərlər universal ola bilməz". Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter"dəki səhifəsində yazıb.
Olimpiya Oyunlarının proqramında karate yarışları, oğlan və qızların hər birində 3 çəki dərəcəsi üzrə keçiriləcək
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il Yeniyetmələrin Olimpiadasının proqramına daxil etməyi qərara alıb.
Qeyri-olimpiya çəki dərəcələri üzrə Dünya çempionatı başlayır
Dekabrın 10-11-də Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən daxil olub.
“Dini ekstremizm və terrorizmlə mübarizə” mövzusunda tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şəki şöbəsinin təşəbbüsü ilə Şəki Texnologiya Kollecində “Dini ekstremizm və terrorizmlə mübarizə” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, şöbənin əməkdaşı Elvin Qarayev, DTX-nın Şəki şöbəsinin əməkdaşları Natiq Musayev və Ramil Əmrahov, Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini – dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov, kollecin pedaqoji kollektivi və tələbələr iştirak ediblər. Kollecin direktoru Oxşar Sədiyev tədbirin əhəmiyyətindən söz açıb, dini ekstremizm, radikal dini cərəyanların meydana gəlməsi, ölkə ərazisində yayılmasının mənfi hal olduğunu bildirib.
7000-dən çox müəllim diaqnostik qiymətləndirilmədə iştirak edəcək
Dekabrın 8-də Kürdəmirdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinbadən verdiyi xəbərə görə, diaqnostik qiymətləndirmə üç gün davam edəcək və 7000 nəfərdən çox müəllim imtahanlarda iştirak edəcək. İmtahanlar Kürdəmir Olimpiya İdman Kompleksində keçiriləcək.
İlhan Aşkının növbəti məhkəməsi prosesi gələn il olacaq
2014-cü ildə Hollandiyanın Almelo şəhərindəki mitinqdə etdiyi çıxışa görə ermənilərin məhkəməyə verdiyi Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkındekabrın 6-da məhkəmə qarşısına çıxıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, diaspor rəhbərinin bildirdiyinə görə, bu dəfəki görüşdə yalnız müəyyən məlumatlar, şahidlərin qəbul edilməsi, növbəti məhkəmə prosesinin detalları müzakirə edilib və məhkəmə 2017-ci il martın 3-nə təyin olunub. 2016-cı il oktyabrın 4-də məsələ ilə bağlı ifadə vermək üçün Polis idarəsinə dəvət edilən diaspor rəhbəri burada 4 saatdan artıq ifadə verdiyini bildirərək, məsələ ilə bağlı iki il sonra iddia qaldıranlardan ikisinin erməni federasiyasının üzvü, birinin isə Hollandiya vətəndaşı olduğunu əlavə edib.
Nazir Şirvanda vətəndaşları qəbul edəcək
Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə məlumat “OLAYLAR”-a nazirliyin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinləri iştirak edəcəklər. Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında (Şirvan şəhəri, Xəqani küçəsi -1, Heydər Əliyev parkının ərazisi) başlanacaq. Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
Qaz təchizatında məhdudiyyətlər olacaq
Dekabrın 7-də saat 10:00-dan 17:00-dək “Astara-Qazıməmməd” magistral qaz kəmərinin “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin xidməti ərazisində olan hissəsində yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar “Şahağacı” qazpaylama stansiyasında qaz təminatı dayandırılaraq təmir işləri aparılacaq. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı SOCAR yayıb. Bildirilib ki, təmir müddətində Astara rayonunun Kakalos, Pensər, Şahağacı, Siyəkül, Maşğan, Təngərüd və Şiyəkəran kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Pirallahı adasını sahillə birləşdirən körüpünün tikintisi başa çatıb
Pirallahı adasını sahillə birləşdirən yeni avtomobil körpüsü sürücülərin ixtiyarına verilib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən körpünün uzunluğu 422 metr, eni 14 metr, hərəkət hissəsinin eni 12 metr, orta aşırımda dəniz səviyyəsindən hündürlüyü isə 11 metrdir. Körpü 9 aşırımdan ibarətdir (42x4 + 86 + 42x4 = 422 m).
Qazaxıstanla əməkdaşlıq müqaviləsi imzalanıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev “Qazaxıstan Dəmir Yolları” SC-nin dəvəti ilə “Sənayeləşdirmə Günü” tədbirlərində iştirak etmək üçün Astanada səfərdə olub. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, Rauf Vəliyev son dövrlər Azərbaycanda dənizçilik sahəsində aparılan köklü islahatlar, bu sahəyə dövlət dəstəyi, donanmanın yenilənməsi istiqamətində görülən işlər və s. məsələlərdən ətraflı söhbət açıb.
Suriyada rus polkovnik həlak oldu
Rusiyanın Suriyada yerləşdirdiyi hərbi kontingentdə xidmət edən polkovnik Ruslan Qalitski həlak olub.
3000 terrorçu Əsədə təslim oldu
Dəməşq yaxınlığında yerləşən Xan-əş-Şeyx şəhərində üç minə yaxın terrorçu könüllü şəkildə hökumət qüvvələrinə təslim olub.














