Gündəm
Türkiyədə partlayış: ölən var - VİDEO
İstanbulun Çağlayan adlanan ərazisində partlayış olub. Hadisə bu səhər saat 9 radələrində baş verib.
Hamilə qalmaq istəyənlərin tək məkanı: qoyun qanı ilə müalicə
ŞOK PLAN: Türkiyəni 9 hissəyə bölüblər
Türkiyə Təhlükəsizlik Ümumi Müdirliyi Fəthullahçı Terror Təşkilatı ( FETÖ) haqqındakı hesabatını yeniləyib. 2016-cı il 9 sentyabr tarixli 56 səhifəlik hesabat terror cinayətlərinə baxan Yargıtay 16-cı Cəza Dairəsinə göndərilib.
Gəlini qaçırılan polis rəisinin kimliyi məlum oldu
Azərbaycanda polis rəisinin gəlinin qaçırılması hadisəsinin müəyyən təfərrüatları məlum olub. Bu barədə "Bakı Post"un yaydığı məlumatda bildirilirdi ki, rayonlardan birinin polis rəisinin oğlunun nişanlısı başqa birinə qoşularaq qaçıb. Məlumata görə, Ağcabədi rayonunda yaşayan qızla rəisin oğlu 3 il nişanlı olub. Onların bu yaxınlarda toylarının olacağı gözlənilirmiş. Lakin rəis oğlu ilə evlənmək istəməyən qız öz rayonundan olan bir oğlanla qaçmaq qərarına gəlib.
Ərdoğan tvitterdə izləyicisinin mesajına cavab verib
Türkiyə prezidenti tvitterdə onu izləyən əngəlli izləyicisinə qarşı maraqlı addım atıb. Gülşah Yağmur Yazıcı adlı xanım prezidentin rəsmini çəkərək tvitterdə yayımlayıb. O: "Əngəlli birinin əlindən ancaq bu qədəri gəlir. İnşallah, prezident bu rəsmimi görər. Sizi çox sevirəm", - sözlərini yazıb. Xanımın paylaşımına qısa müddət sonra ölkə başçısından cavab gəlib.
Müəllim və valideynlərin müraciəti dinləniləcək
Dekabrın 9-da paytaxtın Pirallahı, Xəzər və Sabunçu rayonları üzrə səyyar qəbul keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Rusiyada azərbaycanlılara məscid tikməyə icazə verilmir
"Azərbaycan" İctimai Birliyi Rusiyanın Yekaterinburq şəhərində məscid tikintisi zamanı yeni maneə ilə üzləşib.
Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 107-ci sessiyası keçirilir
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Şurasının 107-ci sessiyasında iştirak etmək məqsədilə qurumun baş direktoru Uilyam Leysi Svinqin dəvəti əsasında İsveçrə Konfederasiyasında səfərdədir.
Əhməd Vəliyevə dövlət mükafatı təqdim edilib
Dekabrın 6-da təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təhsil sahəsində uzun müddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunmuş Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevə ali mükafatı təqdim edib. “OLAYLAR”-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Əhməd Vəliyevin təhsil sahəsindəki fəaliyyətindən danışan nazir ona uğurlar arzulayıb. Rektor əməyinə verilən yüksək qiymətə görə ölkə Prezidentinə dərin minnətdarlığını bildirib.
Obama İŞİD-in yaranmasının səbəbini açıqladı
ABŞ prezidenti Barak Obama hesab edir ki, İŞİD qruplaşması ilə mübarizədə ABŞ hakimiyyəti 2003-cü ildə İraqa hərbi müdaxilə zamanı yol verdiyi səhvləri təkrarlamayıb.
Başqa dövlətlərdəki rejimləri devirmək cəhdini dayandırmalıyıq
"Biz barəsində heç nə bilmədiyimiz dövlətlərdəki rejimləri devirmək cəhdini dayandırmalıyıq". Bunu ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Şimali Karolina ştatının Feyetvill şəhərindəki çıxışında bildirib.
Avtovağzal bəzi reyslərə məhdudiyyət qoydu
"Əlverişsiz hava şəraiti ilə əlaqədar və təhlükəsizlik səbəbindən Bakı Beynəlxalq Avtovağzalından Bakı-Şamaxı istiqamətində reyslərə məhdudiyyətlər qoyulub. Bu istiqamətdə hərəkət edən avtobusların yolu dəyişdirilib".
İndoneziyada zəlzələ: 54 ölü - YENİLƏNİB
İndoneziyada baş vermiş güclü zəlzələ nəticəsində Sumatra sahillərində həlak olanların sayı 54 nəfərə çatıb. Bu barədə "Assoşieyted Press" agentliyi məlumat verir. 78 nəfərin ciddi xəsarət aldığı bildirilir.
AİB Azərbaycan iqtisadiyyatına yarım milyard dollar ayırıb
Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası Azərbaycana 500 milyon dollar məbləğində kredit verilməsini təsdiq edib.
"Azərenerji" də özəlləşdirilir?
"Azerenerji" ASC-nin Azərbaycan iqtisadiyyatındakı rolu nəzərə alınaraq hökumət şirkətin öhdəlikləri ilə bağlı öz zəmanətini verəcək.














