ŞOK PLAN: Türkiyəni 9 hissəyə bölüblər

Türkiyə Təhlükəsizlik Ümumi Müdirliyi Fəthullahçı Terror Təşkilatı ( FETÖ) haqqındakı hesabatını yeniləyib. 2016-cı il 9 sentyabr tarixli 56 səhifəlik hesabat terror cinayətlərinə baxan Yargıtay 16-cı Cəza Dairəsinə göndərilib.

Hesabatda diqqət çəkən detallardan biri təşkilatın Türkiyəni "fəaliyyət bölgələri" olaraq 9 hissəyə bölməsidir. FETÖ bölgələrə sirri bilinməyən aşağıdakı kod adları verib.

1. AH: İstanbul, Kırklareli, Ədirnə.

2. FT: Bursa, Çanaqqala, Balıkesir, Kütahya, Bilecik.

3. HL: Manisa, İzmir, Aydın, Muğla, Antalya, Afyonkarahisar, Uşak, Dənizli.

4. SLÇ: Ankara, Eskişehir, Kırıkkale, Bolu, Çankırı.

5. SLM: Adana, Hatay, Mersin.

6. TR: Konya, Karaman, İsparta.

7. KN: Kayseri, Niğde, Aksaray, Nevşehir, Kırşehir, Yozgat.

8. SD: Malatya, Elazığ, Bingöl, Tunceli.

9. AKF: Trabzon, Ordu, Giresun, Gümüşhane, Bayburt, Rize, Artvin.

Hesabatda təşkilatın maliyyə qaynaqlarından danışılır. Hesabata görə, FETÖ iş adamlarından təhdid və şantajlarla pullar alıb, təşkilat üzvlərinin maaşlarının 10 faizini "himmət" adı altında ələ keçirib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31