Başqa dövlətlərdəki rejimləri devirmək cəhdini dayandırmalıyıq
"Biz barəsində heç nə bilmədiyimiz dövlətlərdəki rejimləri devirmək cəhdini dayandırmalıyıq". Bunu ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Şimali Karolina ştatının Feyetvill şəhərindəki çıxışında bildirib.
7 Dekabr 2016 11:38 Dünya"Biz barəsində heç nə bilmədiyimiz dövlətlərdəki rejimləri devirmək cəhdini dayandırmalıyıq". Bunu ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Şimali Karolina ştatının Feyetvill şəhərindəki çıxışında bildirib.
"Bizim belə dövlətlərdə nə işimiz var? Tanımadığımız dövlətlərdəki rejimləri devirməyin yerinə biz İŞİD-i və başqa terrorçu qruplaşmaları məhv etməliyik. Bu hədəfi bizimlə bölüşən istənilən dövlət bizim tərəfdaşımızdır", - deyə o vurğulayıb.
D.Tramp qeyd edib ki, dağıdıcı müdaxilə və xaosa nəhayət son qoyulmalıdır. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31