Ərdoğan tvitterdə izləyicisinin mesajına cavab verib

Türkiyə prezidenti tvitterdə onu izləyən əngəlli izləyicisinə qarşı maraqlı addım atıb. Gülşah Yağmur Yazıcı adlı xanım prezidentin rəsmini çəkərək tvitterdə yayımlayıb. O: "Əngəlli birinin əlindən ancaq bu qədəri gəlir. İnşallah, prezident bu rəsmimi görər. Sizi çox sevirəm", - sözlərini yazıb. Xanımın paylaşımına qısa müddət sonra ölkə başçısından cavab gəlib.

Rəsmi görən R.T.Ərdoğan Gülşaha təşəkkür edərək: "Əməyinə sağlıq. Sənin kimi gözəl qəlbli qızı bir gün Külliyətdə qonaq etmək istəyərəm", - ifadələrini qeyd edib. Daha sonra, ölkə başçısının sözçüsü əngəlli xanımı sevindirərək, sürprizə hazır olmasını istəyib. Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31