Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 107-ci sessiyası keçirilir

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Şurasının 107-ci sessiyasında iştirak etmək məqsədilə qurumun baş direktoru Uilyam Leysi Svinqin dəvəti əsasında İsveçrə Konfederasiyasında səfərdədir.

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Şurasının 107-ci sessiyasında iştirak etmək məqsədilə qurumun baş direktoru Uilyam Leysi Svinqin dəvəti əsasında İsveçrə Konfederasiyasında səfərdədir. "OLAYLAR"-ın Xidmətə istionadən verdiyi xəbərə görə, Cenevrədə yerləşən Millətlər Sarayında dekabrın 5-dən 8-dək keçirilən sessiyanın açılışında gündəliyə uyğun olaraq təşkilati məsələlərə baxılıb. Sessiya çərçivəsində qlobal miqrasiya proseslərinin müxtəlif aspektlərini əhatə edən "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üçün qlobal vəhdət", "İqlim miqrasiyası və fəlakətlər nəticəsində sərhədlərarası köçürülmənin həlli üçün siyasi imkanlar" və "Humanitar maliyyələşmələrdə böyük ticarət" mövzularında yüksək səviyyəli panellərin keçirilməsi planlaşdırılır. Sessiya öz işini dekabrın 8-də yekunlaşdıracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31