Suriyada rus polkovnik həlak oldu

Rusiyanın Suriyada yerləşdirdiyi hərbi kontingentdə xidmət edən polkovnik Ruslan Qalitski həlak olub.

Rusiyanın Suriyada yerləşdirdiyi hərbi kontingentdə xidmət edən polkovnik Ruslan Qalitski həlak olub. Rusiyanın Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, Suriya ordusunun hərbi müşaviri olan polkovnik R.Qalitski Hələbin qərb məhəllələrindəki döyüşlərdə yaralanmışdı.

Ağır yaralanmış R.Qalitski hospitala aparılıb, reanimasiya bölməsinə yerləşdirilib. Həkimlərin bütün səylərinə rəğmən o, keçinib. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31