Dağlıq ərazilərdəki seysmik qurğuların qışda işləməsi üçün...
Bəzi seysmik stansiyaların yüksək dağlıq ərazilərdə yerləşməsinə baxmayaraq, onların orada qış mövsümündə də işləməsi üçün bütün lazımi şərait yaradılıb. Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli seysmik stansiyalarında iş keyfiyyətinin yüksəldilməsi və stansiyalarda quraşdırılmış avadanlıqların iş prinsplərinin öyrənilməsi ilə bağlı keçirilən seminar-treninqdə deyib.
7 Dekabr 2016 12:24 SosialBəzi seysmik stansiyaların yüksək dağlıq ərazilərdə yerləşməsinə baxmayaraq, onların orada qış mövsümündə də işləməsi üçün bütün lazımi şərait yaradılıb. Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli seysmik stansiyalarında iş keyfiyyətinin yüksəldilməsi və stansiyalarda quraşdırılmış avadanlıqların iş prinsplərinin öyrənilməsi ilə bağlı keçirilən seminar-treninqdə deyib.
Onun sözlərinə görə, hazırda respublikanın regionlarında 35 telemetrik seysmik stansiya fəaliyyət göstərir. Stansiyalarda quraşdırılmış avadanlıqların iş prinsiplərinin dərindən öyrənilməsinin əməkdaşlar üçün vacib olduğunu vurğulayan alim bütün stansiyaların zəruri təlimat və vəsaitlərlə təmin olunduğunu diqqətə çatdırıb. Trend.az