Olimpiya Oyunlarının proqramında karate yarışları, oğlan və qızların hər birində 3 çəki dərəcəsi üzrə keçiriləcək
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il Yeniyetmələrin Olimpiadasının proqramına daxil etməyi qərara alıb.
7 Dekabr 2016 12:17 İdmanBeynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il Yeniyetmələrin Olimpiadasının proqramına daxil etməyi qərara alıb. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, bu barədə BOK-un və Dünya Karate Federasiyasının (WKF) rəsmi internet səhifələri məlumat verib. Buenos-Ayres Olimpiadasınn təşkilat komitəsinin bu təklifində karate ilə yanaşı idman rəqsləri və idman dağadırmanması növləri də var. Yeniyetmələrin qarşıdakı Olimpiya Oyunlarının proqramında karate yarışları, oğlan və qızların hər birində 3 çəki dərəcində, eləcə də kata çıxışları üzrə keçiriləcək. Argentinanın paytaxtında bu mötəbər idman hadisəsi 2018-ci il oktyabrın 1-12 aralığında təşkil ediləcək. Beləliklə yeniyetmə karateçilər böyüklərdən əvvəl Olimpiadada iştirak edəcəklər.