Qazaxıstanla əməkdaşlıq müqaviləsi imzalanıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev “Qazaxıstan Dəmir Yolları” SC-nin dəvəti ilə “Sənayeləşdirmə Günü” tədbirlərində iştirak etmək üçün Astanada səfərdə olub. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, Rauf Vəliyev son dövrlər Azərbaycanda dənizçilik sahəsində aparılan köklü islahatlar, bu sahəyə dövlət dəstəyi, donanmanın yenilənməsi istiqamətində görülən işlər və s. məsələlərdən ətraflı söhbət açıb.
7 Dekabr 2016 12:07 Sosial"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev "Qazaxıstan Dəmir Yolları" SC-nin dəvəti ilə "Sənayeləşdirmə Günü" tədbirlərində iştirak etmək üçün Astanada səfərdə olub. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, Rauf Vəliyev son dövrlər Azərbaycanda dənizçilik sahəsində aparılan köklü islahatlar, bu sahəyə dövlət dəstəyi, donanmanın yenilənməsi istiqamətində görülən işlər və s. məsələlərdən ətraflı söhbət açıb. Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub. Öz növbəsində "Qazaxıstan Dəmir Yolları" SC-nin sədri Kanat Alpısbayev də Gəmiçiliklə əməkdaşlıqdan məmnun olduğunu və bu əməkdaşlığın eyni zamanda nəzərdə tutulan layihələrin gerçəkləşdirilməsinə zəmin yaratdığını bildirib. Danışıqlardan sonra Rauf Vəliyev və Kanat Alpısbayev iki qurum arasında strateji əməkdaşlıq və birgə müəssisənin yaradılmasına dair müqavilə imzalayıblar. Qazaxıstana səfəri çərçivəsində Gəmiçiliyin sədri Rauf Vəliyev bu ölkənin baş nazirinin birinci müavini Askar Maminlə də görüşüb. Görüş zamanı iki ölkə arasında birgə həyata keçirilən nəqliyyat layihələrindən danışılıb. Sonra Gəmiçiliyin nümayəndə heyəti Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev və digər dövlət rəsmilərinin iştirakı ilə keçirilən "Sənayeləşdirmə Günü" tədbirində iştirak edib.