“Anaya ehtiyacı olan qızlar ana olmasınlar!” layihəsi yekunlaşdı

Gənc ana Rəna Məmmədova tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra olunan “Anaya ehtiyacı olan qızlar ana olmasınlar!” layihəsinin icrası sona çatıb.

Gənc ana Rəna Məmmədova tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra olunan "Anaya ehtiyacı olan qızlar ana olmasınlar!" layihəsinin icrası sona çatıb.

Layihə çərçivəsində Sumqayıt şəhərində yekun tədbiri keçirilib.

Tədbirdə layihə rəhbəri erkən nikahların qarşısının alınması sahəsində maarifləndirmə işlərinin aparılması məqsədi ilə icra etdiyi layihə haqqında məlumat verib. R. Məmmədova bildirib ki, layihə çərçivəsində keçirilən tədbirlərdə erkən nikah və onun yaratdığı fəsadlardan danışılıb və yeniyetmələrə bununla bağlı məlumatların ötürülməsinə nail olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Jalə Məmmədova çıxış edərək yeniyetmələrə Gənclər Fondu haqqında ətraflı məlumat verib və onları da yaxın gələcəkdə öz layihələri ilə Fonda müraciət etməyə dəvət edib.

Sonra layihənin eksperti erkən nikahın yaratdığı problemlər, sağlamlığa vurduğu ziyanlar barədə danışaraq şagirdlərə təhsillərini davam etdirməyi, peşə sahibi olmağı, layihə vasitəsilə əldə etdikləri məlumatları valideynlərinə və şəhər əhalisinə ötürməyi tövsiyə edib.

Qeyd edək ki, layihə çərçivəsində keçirilən tədbirlərdə iştirakçılara layihə çərçivəsində hazırlanmış bukletlər və dəftərxana ləvazimatları paylanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31