Azərbaycan teatrı beynəlxalq mətbuatda...

Bu günlərdə beynəlxalq mətbu orqanlarının  birində Azərbaycan teatrı, onun təşəkkül tarixi və bu tarixdə xüsusi yeri olan ölkə teatrları haqqında məqalə dərc olunub. Azərbaycan teatr tənqidinin istedadlı nümayəndəsi, teatrşünas alim, Mədəniyyət və İncəsənət Universitetinin “teatrşünaslıq” kafedrasının müdiri, professor Aydın Talıbzadənin qələminin məhsulu olan məqalə “Azərbaycan teatrı: sosial portret və estetik “xəritə” ”adlanır. Məqalə Yunanıstanın aparıcı internet saytlarından biri olan http://www.greek-theatre.gr/-da yer alıb.

Bu günlərdə beynəlxalq mətbu orqanlarının  birində Azərbaycan teatrı, onun təşəkkül tarixi və bu tarixdə xüsusi yeri olan ölkə teatrları haqqında məqalə dərc olunub. Azərbaycan teatr tənqidinin istedadlı nümayəndəsi, teatrşünas alim, Mədəniyyət və İncəsənət Universitetinin "teatrşünaslıq" kafedrasının müdiri, professor Aydın Talıbzadənin qələminin məhsulu olan məqalə "Azərbaycan teatrı: sosial portret və estetik "xəritə" "adlanır. Məqalə Yunanıstanın aparıcı internet saytlarından biri olan http://www.greek-theatre.gr/-da yer alıb.

Teatrdan  "Olaylar" - a verilən xəbərə əsasən məqalə ilk olaraq oxucuya Azərbaycan haqqında ətraflı məlumatla başlayır. Daha sonra məqalədə Azərbaycan teatrının yaranma tarixi, inkişaf mərhələləri, müasir teatr prossesindən bəhs olunur. 1990-cı ildən bu günümüzədək olan zaman kəsiyində Azərbaycan teatrı haqqında - Dövlət Gənc Tamaşaçılar, Yuğ, Akademik Milli Dram, Pantomima, Opera və Balet, Musiqili teatrları haqqında məlumat, adıçəkilən teatrlarda son illər səhnələşdirilən ən uğurlu səhnə əsərləri və onlardan fotoşəkillər yer alıb.

Dövlət Gənc Tamaşaçılar Teatrında hazırlanmış "Mən gəldim qızlar" ("Müharibə", L.Nuren) və "Lineynin trilogiyası"na daxil olan üç tamaşa ("Gözəllik kraliçası", "Konnemarada bir kəllə", "Yalqız Qərb", M.MakDonax) məqalədə ən yaddaqalan tamaşalar siyahısıdadı.

Həmçinin məqalədə "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı, bu proqramın müvafiq bəndlərinə uyğun olaraq daha da inkişaf edən, maddi-texniki bazası yüksək səviyyəyə çatdırılan, Azərbaycan teatrlarının üzv olduğu beynəlxalq qurumlar haqqında da bəhs edilir.

Məqalə ilə aşağıdakı link vasitəsilə daha yaxından tanış ola bilərsiz:

http://www.greek-theatre.gr/public/en/greekplay/index/newview/1025

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31