Millət vəkillərinin pulları əllərində qalıb
Millət vəkli Elmira Axundova valyutadəyişmə mənətəqlərinin yenidən bərpa olunmasını təklif edir. “Olaylar” xəbər verir ki, millət vəkili deyib ki, bu gün ölkədə “qara bazar” tüğyan edir: “Günlərlə əlimizdə pul valyuta dəyişmək istəyirik, amma tapa bilmirik.
7 Dekabr 2016 14:51 SosialMillət vəkli Elmira Axundova valyutadəyişmə mənətəqlərinin yenidən bərpa olunmasını təklif edir. "Olaylar" xəbər verir ki, millət vəkili deyib ki, bu gün ölkədə "qara bazar" tüğyan edir: "Günlərlə əlimizdə pul valyuta dəyişmək istəyirik, amma tapa bilmirik. Ancaq "qara bazar"da nə qədər istəyirsən tapa bilərsən. Ona görə də təklif edirəm ki, valyutadəyişmə məntəqələri bərpa edilsin. Ümumiyyətlə, başa düşə bilmirəm ki, bu valyutadəyişmə məntəqələri niyə qapadıldı? Axı, bununla həm peşəkarlar prosesdən kənarda qaldı, həm də işsizlik yarandı". Millət vəkili hesab edir ki, valyutadəyişmə məntəqələrinin ləğv edilməsi turizm sektoruna da öz mənfi təsirini göstərir: "Odur ki, hökumət vəziyyəti dəyərləndirib, düzgün qərar verməlidir".