"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi özünə yeni klub tapdı

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednik özünə yeni iş yeri tapıb. Təcrübəli çalışdırıcı yenidən Belçikada işləyəcək. 54 yaşlı Rednik "Mouscron" klubunun yeni baş məşqçisi təyin olunub.

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednik özünə yeni iş yeri tapıb. Təcrübəli çalışdırıcı yenidən Belçikada işləyəcək. 54 yaşlı Rednik "Mouscron" klubunun yeni baş məşqçisi təyin olunub.

Daha əvvəl Belçikada "Standart" və "Genk" kimi komandaları çalışdıran mütəxəssis "Mouscron"la mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, rumıniyalı çalışdırıcı 2010/11-ci illərdə "Xəzər Lənkəran"ın "sükanı arxasında" olub. O, cənub klubuna rəhbərlik etdiyi dönəmdə Azərbaycan Kubokunu və Azərbaycan Premyer Liqasının gümüş medallarını qazanıb. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31