Dini maarifləndirmə tədbirləri davam edir

Dekabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zərdab rayonu Allahqulubağı kənd məscidi dini icması tərəfindən “Dini radikalizm və onun cəmiyyət üçün təhlükələri” layihəsi çərçivəsində “İslamda mötədillik” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Dekabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zərdab rayonu Allahqulubağı kənd məscidi dini icması tərəfindən "Dini radikalizm və onun cəmiyyət üçün təhlükələri" layihəsi çərçivəsində "İslamda mötədillik" mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Zərdab rayonu İsaqbağı kənd məscidində keçirilmiş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Sədi Hüseynov, Allahqulubağı və İsaqbağı kənd məscidlərinin dini icmalarının sədrləri, din xadimləri, dini icmanın üzvləri və dindarlar iştirak ediblər. DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev əsas vəzifəsi həm fərdə, həm də cəmiyyətə mənəvi rahatlıq vermək olan dinlərdən bəzən insanları öldürmək və mallarını qəsb etmək üçün bir alət kimi istifadə olunduğunu deyib. İslam Peyğəmbərinin qeyri-müsəlmanlara dini və hüquqi muxtariyyət verərək mədəni kimliklərini qorumalarına icazə verdiyini, dini-mədəni qrupların bir yerdə yaşaya biləcəyinin ən gözəl nümunəsini göstərərək bu davranışı ilə tolerantlığın inkişafına öncüllük etdiyini diqqətə çatdırıb. Tədbirdə çıxış edən digər natiqlər dini radikalizmlə mübarizənin əhəmiyyətindən, gənc nəsillərə multikultural və tolerantlıq dəyərlərinin 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31