Məmurlar xalqın yanında olmalıdır
Dekabrın 7-də Milli Məclis “2017-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsini davam etdirib. İlkin olaraq millət vəkili Musa Quliyev bildirib ki, qeyri-neft sektorunun inkişafı üçün kənd təsərrüfatının, İKT-nin, turizmin və yüngün sənayenin inkişafına ciddi fikir verilməlidir: “Ölkə başçısının ötən gün Strateji Yol Xəritəsi ilə bağlı bağlı imzaladığı fərman da bu məqsədlərə xidmət edir. Gələn ilin büdcəsində sosial xərclər ümumi büdcənin 40.3 faizini təşkil edir və bu rəqəm faiz nisbəti ilə ötən ilin büdcəsindən yüksəkdir.
7 Dekabr 2016 15:56 SosialYevda Abramov: "Xalq Azərbaycan məmurundan çox şey gözləyir"
Dekabrın 7-də Milli Məclis "2017-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsini davam etdirib. İlkin olaraq millət vəkili Musa Quliyev bildirib ki, qeyri-neft sektorunun inkişafı üçün kənd təsərrüfatının, İKT-nin, turizmin və yüngün sənayenin inkişafına ciddi fikir verilməlidir: "Ölkə başçısının ötən gün Strateji Yol Xəritəsi ilə bağlı bağlı imzaladığı fərman da bu məqsədlərə xidmət edir. Gələn ilin büdcəsində sosial xərclər ümumi büdcənin 40.3 faizini təşkil edir və bu rəqəm faiz nisbəti ilə ötən ilin büdcəsindən yüksəkdir. Bu da onu göstərir ki, Prezident və Azərbaycan hökuməti xalqın sosial müdafiəsini öz siyasətində prioritet istiqamət kimi nəzərdə tutub. Gələn ilin büdcsində sosial xətrclərin artırılması Azərbaycan vətəndaşının sosial rifah halının artırılmasını təmin edəcək". M. Quliyev 2017-ci ilin büdcəsində oqran transplatasiyana vəsaitin ayrılmasını təklif edib. Onun sözlərinə görə, ölkədə yüzlərlə uşağın bu əməliyyata ehtiyacı var: "Biz işi vaxtında görmədikdə 3 yaşından sonra uşaqlarda edilən orqan transplatasiyasına xərclənən vəsait əvvəlkindən dəfələrlə çox olur". İcbari tibbi sığorta bağlı məsələyə gəlincə deputat qeyd edib ki, bu məsələ tam ölçülüb-biçilməlidir: "Ümumiyyətlə, icbari tibbi sığorta ilə bağlı məsələ Ölkə başçısının diqqət mərkəzindədir. Artıq Yevlax və Mingəçevrdə pilot layihələrə başlanılıb. Ancaq icbari tibbi sığortanın tətbiqinə tələsməli deyilik. Bəzən fikirlər səslənir ki, 2018-ci ildən sonra bütün ölkədə icbari tibbi sığorta tətbiq olunacaq. Lakin bu işə ehtiyatla yanaşmaq lazımdır. Biz ilk növbədə əmək müqavilələri şəffaflaşmalı, sığorta olunanların sayı müəyyənləşməlidir". Deputat Çingiz Qənizadə deyib ki, "Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il tarixli "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" qərarında düzəlişlər edilməlidir. Ayrılmış güzəştlər yerli icra hakimiyyəti orqanlarının əli ilə deyil, birbaşa qaçqın və məcburi köçkünlərə verilməlidir. O, bildirib ki, Hesablama Palatasının rəyinə əsasən, qaçqın və məcburi köçkünlərin fərdi qaydada istifadə etdikləri kommunal xərclərə görə ayrılan vəsaitlərdə yeyintilər müşahidə olunur: "Bununla bağlı dəqiq faktlar və rəqəmlər ortaya qoyulub. Bu müavinətlərin ödənilməsinə görə yeyinti və korrupsiya halları varsa və bunu rəsmi dövlət orqanları açıqlayırsa, gəlin bu pulları qaçqın və məcburi köçkün soydaşlarımıza verək ki, onlar qaz, işıq və su pulunu özləri ödəsin. Bununla da, Hesablama Palatasının da qeyd etdiyi kimi, yeyinti və korrupsiya hallarının qarşısını alaq. Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi də bu fikirdədir və onlar da bu məsələni qaldırıb. Maliyyə Nazirliyi bu məsələni nəzarətdə saxlasa, büdcədən müəyyən vəsaitin oğurlanmasının qarşısını almaq olar".
Adamın nə qədər villası olar...
Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətini qaldırılmasına kəskin etirazını bildirən deputat Yevda Abramov qeyd edib ki, bir millət vəkili olaraq, Azərbaycan məmurunun xalqın taleyini düşündüyünə şübhə ilə yanaşır. Millət vəkili deyib ki, hökumət qazın qiymətini qaldırsa da, onun keyfiyyətinə fikir vermir, təzyiq aşağıdır: "Deyirlər ki, işığın, qazın qiymətinin alzması 62 faiz əhaliyə təsir göstərməyəcək. Mən bu rəqəmə inanmıram. Bu rəqəm cənab Prezidentin apardığı uğurlu iqtisadi siyasətin nəticələri ilə düz gəlmir. Çünki cənab Prezident hər dəfə çıxışında deyir ki, yoxsulluq rəqəmləri aşağı düşüb. Amma əhalinin yoxsulluq faizi hələ də çoxdur. Ona görə də qazı və işığı çox yandırırlar. Amma yığım faizini çoxaltmaqla, bu bəladan qurtulmaq olar. Qaz və işıqla bağlı qərar elə bir zamanda qəbul olunub ki, bu gün Qubaya 20 sm qar yağıb, şaxta 10-12 dərəcədir. Belə bir zamanda xalqın boğazından tutmaq, xalqı çətinliyə salmaq düzgün deyil. Xalq referendumun təsiri altında yaşayır. Xalq referenduma deyil, prezidentə səs verib. Amma məmurlarımız belə ciddi qərarları qəbul edərkən, doğrudanmı, xalqı düşünürlər? Mən buna tam şübhə ilə baxıram". Valyuta bazarlarında baş verən hadisələrə toxunan millət vəkili bildirib ki, "qara bazar"da bu qədər pul kütləsi haradandır? "Kimlər bu vəsaiti "qara bazar"a yönəldir? Bu qədər pullar bu insanların əlinə haradan düşür? Mən bunu gözümlə "Xalqlar dostluğu" , "28 May" metrosu və Quba bazarında görmüşəm. Eyni gündə 4 saatın içində dollar 5 manat fərqlə satıldı və alındı. Həmin insanların xüsusi maşınlarının arxa hissəsində kisələrlə dollar hardandır? Bu pullar onların əlinə necə düşüb? Mən buna məətəl qalmışam. Kim diktə edir bu "qara bazar"a?" Y.Abramov valyutadəyişmə məntəqələrinin bağlanmasına da etiraz edərək bildirib ki, bu əslində "qara bazar"ın vüsət alamasına şərait yaradıb: "Bu, eyni zamanda, işsizliyi artırdı. Xeyli insan işsiz qaldı. Necə deyərlər, bu öz effektini vermədi". Millət vəkili son vaxtlar tez-tez işlənən "beynəlxalq iqtisadi öhran" ifadəsini qəbul etmədiyini bildirib: "Belə bir böhran yoxdur. Bu sadəcə, bəzi iri ölkələr tərəfindən neft hasil edən ölkələri çökdürmək üçün həyata keçirilən bir siyasətdir. Ona görə də bunlardan qorxmaq lazım deyil. Əksinə, səriştəlilik nümayiş etdirib, yaranmış vəziyyətdən çıxış yolları aramalıyıq. Bilirəm ki, 2017-ci il daha da çətin il olacaq, amma xalq Azərbaycan məmurundan çox şey gözləyir. Bunun üçün ilk növbədə korrupsiyadan əl çəkmək lazımdır. Xalqın yanına getmək lazımdır. Bu korrupsiyadan əl çəkib, bir-iki il çətin yaşamağa örənmək lazımdır. Xalqı düşünmək lazımdır. İnsanın nə qədər villası olar, dəniz kənarında, dağda... Belə olmaz, axı?! Danışırsan, deyirlər danışır, danışmırsan da, olmur. Qonaqkənddə nazirlərin, komitə sədrlərinin mal-qaraları qışlağa gedir. Çobandan soruşursan ki, bunlar kimindir, nazirlərin adına kimi deyir..." Millət vəkili deyib ki, büdcə layihəsinə səs verib düyməni basarkən arzu edəcək ki, büdcədən haram əllər yox olsun: "Amma bunun nə xeyri ? Yenə həmin insanlar, yenə həmin əməllər yerinə yetiriləcək. Xalq biz deputatlardan çox şey gözləyir, danışmamaq da olmur. Elə-belə də burada gəlib oturmaq olmur axı".
Artıq strukturlar ləğv olunmalı, oxşar strujturlar birləşdirilməlidir
Millət vəkili Elmira Axundova deyib ki, Azərbaycanda məktəblər inşa olunur, istilik təchizatı sistemi qurulur, ancaq istilik sistemi işləmir. O, "Azəristiliktəchizat" ASC-nin fəaliyyətindən narazılıq edib: "Azərbaycanda məktəblər inşa olunur və istilik təchizatı sistemi qurulur. Amma "Azəristiliktəchizat"ın SOCAR-a borcu olduğundan bəzi məktəblərdə istilik sistemi işləmir. Məndə olan məlumata görə, hazırda 100-ə yaxın məktəbdə bu problem mövcuddur. Nəticədə şagirdlər soyuq şəraitdə dərs öyrənməli olur, müəllimlər isə böyrək xəstəliyindən əziyyət çəkir. Bu problem öz həllini tapmalıdır". Millət vəkili Siyavuş Novruzov qeyd edib ki, aztəminatlı ailələr nəzərə alınmalı və onlara ayrılan vəsait azaldılmamalıdır. Bura şəhid ailələri, müharibə veteranları da daxildir. Büdcədə sosial sahəyə ayrılan vəsaitin dəyişməməsi çox yaxşı haldır. Sosial sahə ilə bağlı gedən proseslər davamlı şəkildə həyata keçirilir. Onun sözlərinə görə, digər sahələrdə də islahatlar aparılmalıdır: "İlk növbədə kiçik və orta sahibkarlığa yaşıl işıq yandırılmalı, bəzi hallarda kiçik sahibkarlar vergidən azad edilməli, orta sahibkarlıq üçün isə vergi dərəcələri aşağı salınmalıdır. Bu, növbəti il üçün yeni gəlirlərin əldə olunmasına imkan yarada bilər". S. Novruzov əlavə edib ki, Azərbaycan neft strategiyasından ən uğurlu istifadə edən ölkələrdən biri olub: "Neftin qiyməti baha olan zaman bir qrup insan hesab edirdi ki, neft gələcək nəsillərə, bir qismi isə düşünürdü ki, Dövlət Neft Fonduna yığılmalıdır. Lakin Azərbaycan dövləti ölkə başçısının rəhbərliyi ilə neft strategiyasını düzgün həyata keçirərək, sosial sahəyə diqqət ayırdı, nəticə etibarı ilə ölkədə 3 mindən artıq məktəb, 600 xəstəxana və diaqnostika mərkəzi, 100-ə yaxın idman obyekti tikildi, yollar, körpülər salındı. Burada oturan insanlar həmişə bunu uğurlu siyasət kimi tərif edirdilər, lakin indi görürəm ki, bəziləri tənqidə keçiblər. Məsələn, həmkarlarımızdan biri 7 il öncə olan məsələni araşdıraraq idman obyektləri və tədbirləri ilə bağlı fikirlər səsləndirməyə başlayıb. İdman Azərbaycanın təbliğidir. Olimpiadada Azərbaycan bayrağının qaldırılması ölkəmizin maraqlarını təmsil edir. Bu təmsilçiliyə də maliyyə ayrılmalıdır. Maliyyə ayrılmadıqda hansı işləri görülə bilər? Tacikistanda cəmi 1 nəfər medal aldı, az qaldılar ona milli qəhrəman adı versinlər. Lakin Azərbaycanda kifayət qədər idmançı ölkəmizi təbliğ edir. Bu baxımdan ölkəmizdə keçirilən I Avropa Oyunları, Formula-1, İslam Həmrəylik Oyunlarına diqqət ayırmalıyıq". S. Novruzov diplomatik korpusların bağlanması məsələsinə də toxunub. O bu məsələyə xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd edib: "Bu yaxınlarda biz Özbəkistanda səfərdə olduq. Özbəkistan Azərbaycanın strateji tərəfdaşıdır və az sayda ölkələrdəndir ki, Ermənistanda səfirlik açmayıb. Lakin Özbəkistanda hərbi attaşe vəzifəsi ixtisara salınıb. Biz indi deməliyik ki, vəsaitimiz çatmadığına görə bu vəzifəni ixtisara salmışıq? Bunu Müdafiə Nazirliyi ölçüb-biçməli, ixtisara diqqət etməlidir. O cümlədən, Xarici İşlər Nazirliyi də bu sahəyə diqqət ayırmalıdır". Millət vəkili dövlət strukturlarında islahatının aparılmasını da təklif edib: "Artıq strukturlar ləğv olunmalı, onlara yönələn vəsait digər sahələrə xərclənməlidir. Bundan əlavə, oxşar strukturlar birləşdirilməlidir. Biz az vəsaitlə daha çox iş görməliyik".
Alim