Gündəm

Keçmiş məhkum qadının telefonunu oğurladı

7 Dekabr 2016 18:18

Dekabrın 2-də Sumqayıt şəhər sakini Xəyalə Mustafayevanın mobil telefonu oğurlanıb. DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Azad Şiriyev saxlanılıb.

Oğurluğun üstü üç aydan sonra açıldı

7 Dekabr 2016 18:17

Sentyabrın 16-da Bakı şəhər sakini Soltan Seyidova məxsus mağazadan 100 manat pul və tütün məmulatı oğurlanıb. DİN-dən verilən məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü - paytaxt sakini Aqşin Salmanov tutulub.

Quldurluq edən dəstə ifşa edildi

7 Dekabr 2016 18:16

Dekabrın 5-də Bakı şəhər sakini Şahmar Mansurovun pulunu və mobil telefonunu quldurluq yolu ilə alıblar. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində pulu və telefonu almaqda şübhəli bilinən paytaxt sakinləri Vasif Vəlizadə, Zaur Əhmədov və Həsən Muradov tutulublar. 

Mağazadan telefon oğurlamaq istəyi “ürəyində qaldı”

7 Dekabr 2016 18:15

Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də Bakı şəhər sakini Nazim Məmmədəliyevə məxsus mağazadan 40 ədəd mobil telefon və aksüssuarları, noutbuk və 80 ədəd mobil telefon nömrəsi oğurlamaqda şübhəli bilinən paytaxt sakini Fuad Abışov və Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Fəqan İbrahimov tutulub. DİN-dən verilən məlumata görə,  F.Abışovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerlisi Yusif Orucovla birgə 1 mağazadan spirtli içki oğurlaması da müəyyən edilibr. Həyata keçirilmiş tədbirlərlə Y.Orucov da tutulub. Araşdırma aparılır. 

14800 ədəd partalyıcı oyuncaq götürülüb

7 Dekabr 2016 18:13

Qaradağ rayonu ərazisində partlayıcı oyuncaq satan şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisindəki ticarət mərkəzlərindən birində səyyar ticarətlə məşğul olan Ramid Mirzəyevdən və İlqar Şirinovdan ümumilikdə 14800 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.

Kafeni yarmaq istəyən şəxs ələ keçdi

7 Dekabr 2016 18:12

Bakınən Səbail rayonunda oğurluq hlının qarşısı alınıb. DİN-dən verilən məlumata görə, dekabrın 6-da saat 05 radələrində Səbail rayonu ərazisindəki kafelərdən birindən qapının qıfılını sındırmaq yolu ilə oğurluğa cəhd göstərmiş Ağdaş rayon sakini Qabil Sadıqov həmin ərazidə xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 39-cu PB-yə təhvil verilib.

“İki od arasında”...

7 Dekabr 2016 18:10

 Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanı böyük söz adamı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr olunub və “Azərbaycan” jurnalının bu ilki sentyabr-oktyabr saylarında nəşr edilib. Roman ədəbiyyat çevrələrinin və zövqlü oxucuların diqqətini çəkib.

QHT layihəni yekunlaşdırdı

7 Dekabr 2016 18:06

Region Beynəlxalq Analitik Mərkəz İB-yi artıq bir neçə müddətdir Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Beynəlxalq media və sosial şəbəkələrdə ingilis dilində materialların dərci və Azərbaycanın maraqlarının müdafiəsinə dair təşəbbüslər” adlı layihəsini sona çatdırdı.

ADU Futzal çempionatının qalibi olub

7 Dekabr 2016 18:07

Azərbaycan Dillər Universitetinin (ADU) futzal komandası universitetlərarası Futzal çempionatının qalibi olub. Komanda Bakı Dövlət Universitetinin (BDU) futzal komandasını 5-1 hesabı ilə  məğlub edib.

“O Səs Türkiyə” jürisindən iştirakçıya hörmətsizlik - VİDEO

7 Dekabr 2016 18:05

“O Səs Türkiyə” mahnı müsabiqəsinin münsifi Sibel iştirakçı qarşı hörmətsizlik edib.

Ermənistan Hamburq görüşündən qaçır - Zaxarova təsdiqlədi

7 Dekabr 2016 17:57

Hamburqda Dağlıq Qarabağ məsələsinə dair 3+2 formatında Fransa tərəfindən təklif edilmiş görüşün mümkünlüyü məsələsi müzakirə edilir. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovabu gün keçirdiyi brifinqdə ona verilmiş "Dekabrın 8-də Hamburqda ATƏT-in Xarici İşlər Nazirləri Şurası (ATƏT XİNŞ) çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nazirlərinin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü keçiriləcəkmi?" sualının cavabında deyib:

Alimlərın mənzil məsələsi yenə gündəmdə - Komissiya yaradıldı

7 Dekabr 2016 17:55

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə akademiyada mənzil məsələsi üzrə Komissiya yaradılıb.

İsveçrənin yeni xanım prezidenti

7 Dekabr 2016 17:53

İsveçrənin prezidenti Mərkəzi Demokratik-Xristian Partiyasının nümayəndəsi Doris Loytxardseçilib. 

Bahar Muradova: "2017-ci ilin büdcəsi reallıqlara uyğun hazırlanıb"

7 Dekabr 2016 17:52

2017-ci ilin büdcəsi Azərbaycanın gələn ilki vəzifələrini yerinə yetirmək üçün mövcud reallıqlara uyğun şəkildə hazırlanıb. Bunu Milli Məclisin sədr müavini Bahar Muradovaparlamentin plenar iclasında büdcə zərfinin müzakirələri zamanı deyib.

Bakı dünyada məşhur turist şəhərləri siyahısında ilk beşlikdə yer alıb

7 Dekabr 2016 17:50

Nüfuzlu tripadvisor.com səyahət məsləhətçisi saytının ötən ilin oktyabrından bu ilin oktyabr ayına qədər topladığı rəy sorğusunda daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələri siyahısında Bakı şəhəri beşinci yerdə qərarlaşıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, reytinq siyahısı 43 istiqamət üzrə xüsusi uçuşlar, hotel və restoranların bron edilməsi və artan turist maraqları əsasında hazırlanıb.