ADU Futzal çempionatının qalibi olub

Azərbaycan Dillər Universitetinin (ADU) futzal komandası universitetlərarası Futzal çempionatının qalibi olub. Komanda Bakı Dövlət Universitetinin (BDU) futzal komandasını 5-1 hesabı ilə  məğlub edib.

Azərbaycan Dillər Universitetinin (ADU) futzal komandası universitetlərarası Futzal çempionatının qalibi olub. Komanda Bakı Dövlət Universitetinin (BDU) futzal komandasını 5-1 hesabı ilə  məğlub edib.

Azərbaycan Dillər Universitetinin  ilk matçını qrup mərhələsi çərçivəsində Azərbaycan Texniki Universitetinin komandası ilə keçirib və oyundan 3-3 bərabərliklə ayrılıb. Komanda 2-ci matçında Azərbaycan Pedaqoji Universitetinin komandasını 4-3 hesabı ilə məğlub etdikdən sonra qrupda son matçını Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının meydana çıxmamasından sonra 3-0 hesablı texniki qələbə ilə başa vurub və 7 xalla qrup lideri olaraq növbəti mərhələyə keçib. Komandanın yarımfinal mərhələsindəki rəqibi isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası olub və ADU idmançıları 4-2 hesabı ilə qalib olub.

Qeyd edək ki, bu il təşkil olunan turnirə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ev sahibliyi edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31