Gündəm
Orbitin kosmik “zibil”dən təmizlənməsi üçün qurğunun sınağı keçiriləcək
Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (Japan Aerospace eXploration Agency - JAXA) orbitə yerətrafı məkanda “zibil”in məhvi üçün qurğu çıxarmağa hazırlaşır.
Analitiklər yaxın illərdə planşet bazarının 2%-lik artımını proqnozlaşdırırlar
Qlobal planşet bazarında ikiillik enişdən sonra bərpa əlamətləri müşahidə edilir. “Strategy Analytics” ekspertlərinin qiymətləndirməsinə görə, 2016-cı ildə 205.8 milyon səviyyəsində planşet tədarükü gözlənilir. 2017-ci ildə 1% səviyyəsində cüzi azalma qeydə alınacaq, bundan sonra 2020-ci ilədək planşet seqmentində orta artım müşahidə ediləcək. Təxmin edilir ki, hibrid modelləri, “Windows” planşetlərinin populyarlığı və korporativ istifadəçilərə satışların artımı hesabına proqnozlaşdırılan dövrün sonunadək planşet qurğularının tədarük həcmi 223.5 milyonadək artacaq. 2016-2020-ci illərdə orta illik artım tempi 2% təşkil edəcək.
2016-cı ildə “Android” platformasında boşluqların sayı 158% artıb
2017-ci ildə soyğunçuluq və zərərverici bank proqram təminatından istifadəyə əsaslanan kiberhücumların sayı artacaq.
“Instagram” xidmətində şərhləri deaktiv etmək imkanı əlçatan olub
"Instagram" mobil proqramında bir sıra yeniliklər edilib. Tərtibatçıların məlumatına görə, indi istifadəçilər öz şəkillərinin altındakı şərhləri deaktiv edə biləcəklər. Həmçinin istifadəçilər fotoxidmətdə bəyəndikləri şərhlərə "layk" qoymaq imkanı əldə ediblər.
Bülent Ersoydan 30 il sonra etiraf
Müğənni Emel Sayının bu yaxınlarda verdiyi bir konsertində fanatı ona: "Həqiqi diva sizsiniz", - deyib.
Həcc ziyarətindən sonra özünə qadağa qoydu
Aktyor Murad Yıldırım keçən il narkotik maddədən istifadə etmək ittihamıyla 10 ay həbs cəzası almışdı. Cəzası 5 il müddətində təxirə salınan aktyor Həcc ziyarətinə gedib gəldikdən sonra qərar verib.
Başqa planetlərdə həyatın axtarışı üçün çip yaradılıb
Avstraliya Milli Universitetinin alimləri teleskop üçün başqa planetlərdə həyatın axtarışına imkan verəcək optik çip yaradıblar. Çip vasitəsilə astronomlar Yerə oxşar həyat şəraitinə malik planetləri müşahidə edə biləcəklər.
Arzu Nağıyev: "Reket jurnalistlər ifşa edilməlidir"
“Reket” jurnalist fəaliyyətinə görə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılanlar yalnız xüsusi xidmət orqanlarının istifadə etməli olduğu qurğular vasitəsi ilə insanları şantaj ediblər. Onların əsas məqsədi ayrı-ayrı şəxslərdən şantaj vasitəsilə külli miqdarda pul almaq olub”. Bunu açıqlamasında “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini, ekspert Arzu Nağıyev deyib.
Bu il 7 rayon üzrə təhsil şöbəsində kadr dəyişikliyi edilib
“Təhsil sahəsində islahatların aparılması 2013-cü ildə ölkə başçısı tərəfindən qəbul edilən təhsil strategiyasına əsasən həyata keçirilir. Bu fəaliyyəti başlayarkən problemlərin kökünü araşdırmaq üçün bir sıra təhlil işləri həyata keçirdik ki, bu işlər nəticəsində əmək haqlarının aşağı olması, işə qəbul sahəsində çətinliklər, bir çox hallarda pərakanədəlik, saxta diplom hallarına da rast gəldik”. Bunu təhsil naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında 2017-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
Tarixin ən çox qazanan idmançısı o oldu
Amerikanın "Forbes" jurnalı tarixdə ən yüksək ödənişli idmançıların reytinqini dərc edib. Siyahıya idman karyerasını bitirmiş şəxslər də daxil olub.
"Fiorentina" Bakıya bu heyətlə gəlir - SİYAHI
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Fiorentina" bu gün Azərbaycana gələcək. Florensiya təmsilçisinin Bakıya gələcək heyəti müəyyənləşib.
Parlament dövlət büdcəsinə təklifləri dəyərləndirmək üçün hökumətə vaxt verib
Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi başa çatıb.
Ağdamda 20 məcburi köçkün ailəsinə ev tikilməsi üçün 1 milyon manat ayrılıb
Prezident İlham Əliyev Ağdamrayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Nazirlik Ermənistan mətbuatının lavaşla bağlı yazdıqlarına münasibət bildirib
“Lavaş çörək bişirmə ənənəsinin "Lavaş, Katırma, Jupka, Yufka - Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" adı iləUNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsinin uğuruna kölgə salmaq məqsədilə Ermənistan mətbuatında bu ölkənin rəsmiləri tərəfindən provokativ məlumat yayılıb”.
“Regional tranzit ticarətinin sadələşdirilməsi” mövzusunda seminar işə başlayıb
Dekabrın 7-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Regional tranzit ticarətinin sadələşdirilməsi” mövzusunda seminar işə başlayıb.














