2016-cı ildə “Android” platformasında boşluqların sayı 158% artıb

2017-ci ildə soyğunçuluq və zərərverici bank proqram təminatından istifadəyə əsaslanan kiberhücumların sayı artacaq.

2017-ci ildə soyğunçuluq və zərərverici bank proqram təminatından istifadəyə əsaslanan kiberhücumların sayı artacaq.

"ICTnews" Elektron Xəbər Xidməti "securitylab.ru" saytına istinadən yazır ki, "Quick Heal Technologies" şirkətinin mütəxəssisləri tərəfindən dərc edilmiş 2016-cı ilin üçüncü rübünün hesabatına əsasən, bu il "Android" platformasında aşkar edilmiş boşluqların sayı əvvəlki ilin göstəricisi ilə müqayisədə 158% artıb.

"Şirkətin araşdırmasına görə, son 3 ayda mobil platformalar üçün fırıldaqçı proqram təminatının sayı 2016-cı ilin ikinci rübünün göstəricisi ilə müqayisədə 33% artıb. Ekspertlər, həmçinin arzuolunmaz və reklam proqram təminatının cüzi azalmasını qeydə alıblar. Cari ilin üçüncü rübündə mobil bank troyanlarının sayı 25% artıb. Ümumilikdə 2015-ci illə müqayisədə mobil platformalara hücum üçün nəzərdə tutulmuş zərərverici bank proqram təminatının sayı 76% artıb.

Məlumata görə, kibercinayətkarlar zərərverici reklamı tətbiq etməklə hücumların əhatə dairəsini genişləndiriblər. Bundan əvvəl cinayətkarlar yalnız arzuolunmaz reklam nümayiş etdirdikləri halda indi onların əsas məqsədi informasiyanı oğurlamaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31