Rusiyada nəqliyyat nazirlərinin görüşü keçirilir

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Nəqliyyat üzrə Konfrans və nazirlər görüşü keçirilir. “OLAYLAR”-ın Nəqliyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının nəqliyyat naziri cənab Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın nəqliyyat naziri Maksim Sokolovun dəvəti ilə tədbirdə iştirak edir. Tədbirdə regional nəqliyyat sisteminin fəaliyyət istiqamətlərinin dəyərləndirilməsi, (II mərhələ: 2012-2016-cı illər), sabit nəqliyyat əlaqələri üzrə regional fəaliyyət proqramının müzakirəsi və qəbul edilməsi (I mərhələ: 2017-2021-ci illər) nəzərdə tutulur.  Görüşün sonunda Nazirlər Bəyannaməsinin qəbul edilməsi gözlənilir. 

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Nəqliyyat üzrə Konfrans və nazirlər görüşü keçirilir. "OLAYLAR"-ın Nəqliyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının nəqliyyat naziri cənab Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın nəqliyyat naziri Maksim Sokolovun dəvəti ilə tədbirdə iştirak edir. Tədbirdə regional nəqliyyat sisteminin fəaliyyət istiqamətlərinin dəyərləndirilməsi, (II mərhələ: 2012-2016-cı illər), sabit nəqliyyat əlaqələri üzrə regional fəaliyyət proqramının müzakirəsi və qəbul edilməsi (I mərhələ: 2017-2021-ci illər) nəzərdə tutulur.  Görüşün sonunda Nazirlər Bəyannaməsinin qəbul edilməsi gözlənilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31