BANM ilə Əbu-Dabi Neft İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun başçılıq etdiyi nümayəndə heyəti Heriot-Vatt Universitetinin (HVU) rəhbərliyi ilə ikitərəfli əməkdaşlıq və Əbu-Dabi Neft İnstitutu ilə əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədi ilə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi və Dubay şəhərlərinə səfər edib.
7 Dekabr 2016 17:10 SosialBakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun başçılıq etdiyi nümayəndə heyəti Heriot-Vatt Universitetinin (HVU) rəhbərliyi ilə ikitərəfli əməkdaşlıq və Əbu-Dabi Neft İnstitutu ilə əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədi ilə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi və Dubay şəhərlərinə səfər edib. "OLAYLAR"-ın xəbərinə görə, səfər zamanı HVU-nun rektoru, professor Riçard Viliamsın başçılıq etdiyi nümayəndə heyətilə keçirilmiş görüşdə əməkdaşlığın strateji istiqamətləri və prespektivləri barədə geniş fikir mübadiləsi aparılıb, magistratura səviyyəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı konkret işlərin görülməsi zəruriliyi qeyd olunub. Görüşdə bakalavr təhsil səviyyəsi ilə əlaqədar mövcud müqaviləyə dəyişiklik edilməsi ilə bağlı tərəflər arasında razılaşma imzalanıb.