Gündəm

Xalça muzeyinə pulsuz “səyahət”

8 Dekabr 2016 13:30

9 dekabr saat 14:00 – da Azərbaycan Xalça Muzeyi,  Beynəlxalq Muzeylər Şurası və Beynəlxalq Təlim Mərkəzi (ICOM-ITC) tərəfindən Çində keçirilən təlim-seminarda iştirak etmiş Azərbaycan Xalça Muzeyinin əməkdaşı Rəma Zeynalovanın “Əşyaların toplanması, hekayələrin danışılması” mövzusunda mühazirəsinə dəvət edir.

Belçikada ermənilərdən ibarət cinayətkar qruplaşma çökdürüldü

8 Dekabr 2016 13:28

Belçikada Beynəlxalq Tennis Federasiyasının (ITF) “Challenger” yarışının matçlarında təxminən 50 insan dələduzluqda şübhəli bilinərək saxlanılıb.

Şeyxə ərə gedən azərbaycanlı qız hamını KÖVRƏLTDİ

8 Dekabr 2016 13:19

"Siz bunu edəndə mən..." Azərbaycanın tanınmış bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlının Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın əmiri şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu şeyx Səid Əl Məktuma ərə getməsi artıq neçə gündür ki, sosial şəbəkələrdə müzakirə obyekti olub.

Bakıda 5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq

8 Dekabr 2016 13:17

Bakı və Abşeron yarımadasında dekabrın 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Yol xəritələri ölkədə iqtisadiyyatın diversifikasiyası üçün əlverişli mühit yaradır

8 Dekabr 2016 13:15

"Azərbaycanda təsdiq olunmuş milli iqtisadiyyatın strateji yol xəritələri ölkədə islahatlar və iqtisadiyyatın diversifikasiyası üçün əlverişli mühit yaradır".

Sürücülərə XƏBƏRDARLIQ - YENİLƏNİB

8 Dekabr 2016 13:12

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda qarlı, şaxtalı və qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.

DİN futbolçunun maşınla adam vurması ilə bağlı məlumat yaydı

8 Dekabr 2016 13:00

Daxili İşlər Nazirliyi Əmircan qəsəbəsində baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb. “Olaylar” xəbər verir ki, nazirliyin məlumatında bildirilir ki, dekabrın 7-də saat 16 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində Bakı şəhər sakinləri Emil Babayevin idarə etdiyi "BMW" və Əbdülbağı Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə Ə.Bağırov və sərnişinləri, arvadı Günel və oğlu Xalid xəstəxanaya yerləşdirilib. Azyaşlı Xalid orada ölüb, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Suraxanı RPİ tərəfindən araşdırma aparılır. Qəzaya düşən BMW avtomobilini idarə edən Emil Balayevin "Qarabağ" klubunun qapıçısı olduğu bildirilir.

Musa Quliyev Qırğızıstanda referendumu müşahidə edəcək

8 Dekabr 2016 12:59

Milli Məclisin deputatı Musa Quliyev dekabrın 9-da Qırğızıstanın paytaxtı Bişkekə səfərə gedəcək. Milli Məclisin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, millət vəkili Qırğızıstan Konstitusiyasına dəyişikliklərlə əlaqədar keçiriləcək referendumu MDB Parlament Assambleyasının və MDB-nin Icraiyyə komitəsinin xətti ilə müşahidə edəcək. Digər müşahidəçilərlə bərabər o, bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcək. Səfər dekabrın 13-də başa çatacaq.

Alla Puqaçova: "Azərbaycanda yaraşıqlı kişilər var"

8 Dekabr 2016 12:58

Rusiyanın xalq artisti Alla Puqaçova "Moskva-Bakı" saytına müsahibə verib. Məlumata görə, müğənni Azərbaycanla bağlı fikirlərini bölüşüb:

Sarkisyan Azərbaycanın işğal altında olan ərazilərinə gəlir

8 Dekabr 2016 12:57

Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfərə yola düşüb. Səfər 3 gün davam edəcək. Son illər o, Dağlıq Qarabağa tez-tez belə səfərlər edir. Xəbərdə bildirilib ki, səfərdə məqsəd işğalçı "ordu"nun vəziyyətini yoxlamaqdır. Report.az

23 yaşlı tələbənin intihar səbəbi bilindi: atası zorlayıb

8 Dekabr 2016 12:54

Ötən gün Türkiyənin Marmara Universiteti Biologiya Müəllimliyi fakültəsinin 23 yaşlı tələbəsi Sənəm Melis Balkay qaldığı yataqxanada özünü asaraq intihar edib.

Deputat Qobustan rayonunun adının dəyişdirilməsini təklif edib

8 Dekabr 2016 12:43

Milli Məclisin (MM) Aqrar siyasət komitəsində Torpaq Məcəlləsinə dəyişiklik məsələsi müzakirə olunub. Müzakirələr zamanı çıxış edən millət vəkili Aydın Hüseynov bildirib ki, mübahisəli torpaq ərazilərinin müəyyənləşdirilməsi ilə yanaşı, qonşuluqda yerləşən eyniadlı ərazi vahidlərinə də aydınlıq gətirilməlidir: “Məsələn, Qaradağ rayonu ərazisində Qobustan qəsəbəsi var və bununla yanaşı qonşu ərazidə Qobustan rayonu var.

Gənc və yeniyetmə şairlərin görüşü keçirilib

8 Dekabr 2016 12:42

Xəzər rayon Gənclər və İdman idarəsi, Xəzər rayon Gənclər Evi ilə birlikdə gənc şairlərlə rayonumuzun yeniyetmə şairlərinin gğrüşü təşkil edilib. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, görüşdə yeniyetmə şairlərin şeirləri dinlənilib, Gənclər Evində yaradılacaq “Şairlər Klubuna” yeniyetmə şairlər üzv seçiliblər. Тədbirdə Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev, Xəzər rayon Gənclər Evinin direktoru Elşən Əliyev,gənc şairlər Elşən Mehdi,Rəşad Nağı Mustafa, Pünhan Əzimov, Elvin Paşa çıxış ediblər.

BANM-də İSO standartının tətbiqi genişlənir

8 Dekabr 2016 12:35

Bakı Ali Neft Məktəbində Türk Standartları İnstitutunun (TSİ) auditorları beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçirirlər.

BNA təxirəsalınmaz tədbirlər həyata keçirir

8 Dekabr 2016 12:34

Faktiki hava şəraiti ilə əlaqədar olaraq, paytaxtın müəyyən hissələrində avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, yollar buz bağlayıb.