Gündəm

"Azərbaycan toy xərcləri üzrə dünya lideridir"

8 Dekabr 2016 12:31

BMT-nin Əhali Fondunun (UNFPA) yeni açıqlanmış hesabatına əsasən, Azərbaycan toylara çəkilən xərclər üzrə dünya lideridir.

Ermənistanda məmur rüşvət üstündə tutuldu

8 Dekabr 2016 12:23

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən İrəvan şəhər meriyasının şəhərsalma idarəsinin rəisi rüşvət almaqda ittiham olunaraq saxlanılıb. Bu barədə MTX-nın yaydığı məlumatda bildirilir. 

“NATO həmin bazaları işə salsa...”

8 Dekabr 2016 12:21

Baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı Suriya ordusunun Hələbin şərqində yerləşən strateji əhəmiyyətli Əl-Şaar rayonu da daxil olmaqla beş bölgəni ələ keçirdiyini bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Hələb şəhərinin şərq hissəsində atəşkəs barədə heç kimlə danışıqlar aparılmayacaq. Onun sözlərinə görə, şəhərin şərq hissəsində “Ən-Nüsra” Cəbhəsi ətrafında birləşən döyüşçülər qalıb. “Bunlar terrorçulardır”, - deyə Peskov vurğulayıb.

Müharibə, su uğrunda döyüş, yoxsa...

8 Dekabr 2016 12:18

Özbəkistan İslam Kərimovun vəfatından sonra Şövkət Mirziyoyevi yeni prezident seçdi. Özbəkistan Liberal-Demokratik Partiyasından namizədliyi irəli sürülən keçmiş baş nazir seçkidə Xalq-Demokratik Partiyasından Hotamcan Ketmonov, Sosial-demokrat “Ədalət” Partiyasından Nəriman Umarov və Özbəkistanın Demokratik Partiyasından Sərvər Otamuratovu böyük fərqlə qalib gəldi. İndi əsas düşündürücü məsələ Şövkət Mirziyoyevin hansı siyasi kursu izləyəcəyidir.

Dünyanın nüfuzlu saytından Azərbaycana qarşı təxribat

8 Dekabr 2016 12:13

Dünyanın nüfuzlu mehmanxana bronlaşdırılması saytı olan www.booking.com Azərbaycan şəhəri Xankəndini Ermənistan şəhəri kimi göstərir. Bu saytda Azərbaycan Respublikasının icazəsi olmadan Xankəndidə mehmanxana otağı bronlaşdırmaq mümkündür.

Ceyhun Hacıbəylinin 125 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

8 Dekabr 2016 12:10

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist və ictimai xadim Ceyhun Hacıbəylinin 125 illik yubileyi münasibətilə tədbirlər keçirilib.

İslam Kərimovun heykəlinin hazırlanması üçün beynəlxalq müsabiqə elan edildi

8 Dekabr 2016 12:07

Özbəkistanın mərhum prezidenti Islam Karimovun heykəlini hazırlamaq üçün beynəlxalq müsabiqə elan edilib. “OLAYLAR”-ın xəbərinə görə, bu haqda ölkənin yeni seçilmiş prezidenti Shavkat Mirziyoev sərəncam imzalayıb. Sərəncamda heykəlin ölkənin birinci prezidentinin xatirəsini qorumaq məqsədilə ucaldılacağı, müsabiqə xərclərinin dövlət hesabına ödənəcəyi deyilir. “Dirçəliş” Gənclərin Sosial Psixoloji Reablitasiya Mərkəzinin sədri İslam Baxşəliyev Azərbaycan rəssam və heykəltaraşlarının da müsabiqədə iştirakını məqbul sayıb. Qeyd edib ki, müsaqibədə iştirak etmək istəyənlər öz eskizlərini hazırlayib ona təqdim etsinlər.

TUMİB gənclərə sağlam həyatı təbliğ edir

8 Dekabr 2016 12:04

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gəncliyini qoru gələcəyin üçün!" adlı layihəyənin icrasına başlayıb.

Pakistan İŞİD-in ölkə ərazisini ələ keçirmə ehtimalını inkar edib

8 Dekabr 2016 12:03

"Pakistanın ərazisinin İŞİD terror qruplaşması tərəfindən işğal edilməsi mümkün deyil, ölkə sərhəd nəzarətini gücləndirir".

""Reket" jurnalistlər himayə olunurlar"

8 Dekabr 2016 12:01

Son günlər Azərbaycanda "reket" jurnalistlərə qarşı əməliyyatlar keçirilir. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən əməliyyatlar zamanı 3 "baş redaktor" "reketlik"də ittiham olunaraq saxlanılıb.

Azərbaycan yollarında vəziyyət necədir? - YENİLƏNİB

8 Dekabr 2016 12:00

"Şaxtalı hava şəraiti respublikanın yüksək dağlıq və dağətəyi yollarında maşınların hərəkətində problemlər yaradır".

Ermənistanda  təsis qurultayının tarixi açıqlanıb

8 Dekabr 2016 11:56

Bu il dekabrın 23-də Ermənistanın sabiq müdafiə naziri, hazırda Serj Sarqsyan rejiminə qarşı müxalifətə keçən Seyran Ohanyanın liderlik etdiyi “Üçüncü Respublika" Partiyasının təsis qurultayı keçiriləcək.

Əflatun Amaşov jurnalistlərə veriləcək evlərlə bağlı şərtləri açıqladı

8 Dekabr 2016 11:52

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun müsahibəsi: - Jurnalistlər üçün nəzərdə tutulan binada mənzillərin verilməsi işlərinə nə zaman başlanılacaq? - Hazırda binada tamamlanma işləri gedir. Bu işlərin nə zaman bitəcəyi hələlik məlum deyil. Yəqin ki, işlər bitdikdən sonra evlər sahiblərinə təqdim olunacaq.

“Dağlar” MTK-nın həbsdə olan sədri məhkəmədə şahid qismində ifadə verib

8 Dekabr 2016 11:50

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülxar Həşimovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Çempionlar Liqası belə məhsuldarlıq görməmişdi

8 Dekabr 2016 11:48

Çempionlar Liqasının qrup mərhələsində yeni rekord qeydə alınıb. Almaniyanın "Borussiya" (Dortmund) klubu yarışın tarixinə ən çox qol vuran komanda kimi düşüb.