Gündəm
Hava şəraiti ilə bağlı VAHİD QƏRARGAH yaradıldı
Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin Qış Qarajı qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakıda Vahid Qərargah yaradıb.
Hava şəraiti paytaxt küçələrində sıxlıq yaradıb
Paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar Tbilisi prospekti (hər iki istiqamətdə), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Heydər Əliyev prospekti (Şəhər istiqamətində), Abdulvahab Salamzadə küçəsi (hər iki istiqamətdə), Yusif Səfərov küçəsi (Şəhər istiqamətində) sıxlıq müşahidə edilir. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev yayıb. Bakı Nəqliyyat Agentliyi sürücülərin diqqətinə çatıdırır ki, yollar buz bağladığında nəqliyyat vasitələrini ehtiyyatla idarə etsinlər.
Əbülfəs Qarayev Gürcüstana səfər edib
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 8-də Gürcüstanın paytaxtı Tbilisiyə səfərə gedib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, səfər çərçivəsində nazir Əbülfəs Qarayev Avropa İttifaqı və Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin təşkil etdiyi beynəlxalq forumda iştirak edəcək. Nazir, eyni zamanda, bir sıra görüşlər keçirəcək, tarixi abidələrə baş çəkəcək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Tbilisinin mərkəzi parkında ucaldılmış abidəsi önünə əklil qoyacaq.
Ermənilər 33 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 33 dəfə pozub.
Türkiyənin 16 əyalətində FETÖ-çülərə qarşı əməliyyat keçirilib
Türkiyənin 16 əyalətində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib. Əməliyyatda polis əməkdaşlarından ibarət 100 dəstə iştirak edib.
Dollar kəskin ucuzlaşıb
Türkiyədə dolların məzənnəsi son 4 gündə 6,11%-ə yaxın azalaraq 3,60 TRY/USD-dən 3,38 TRY/USD-yə düşüb. "Report" xəbər verir ki, buna səbəb son iki ayda Türkiyədə dolların 20% bahalaşmasından sonra bankların və investisiya fondlarının mənfəətlərini realizə etməsi olub. Dolların məzənnəsinin ilin sonuna qədər 3,40 lirə səviyyəsini keçəcəyi və 3,40-3,50 TRY/USD diapazonunda tarazlanacağı ehtimal edilir.
Çinin Uyğur Muxtar rayonunda güclü zəlzələ olub
Çinin Sintszyan-Uyğur Muxtar rayonunda 6,2 bal gücündə zəlzələ olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib.
"WhatsApp"-dan daha bir yenilik
"WhatsApp" tərtibatçıları öz messenceri üçün yeni yenilənməni işə salıblar. Artıq videoların baxılması daha qənaətcil və rahat olub.
Azərbaycanla Türkiyə ticarət dövriyyəsində milli valyutalara keçə bilər
Türkiyə bir sıra ölkələrlə ticarət dövriyyəsini milli valyutalara keçirmək üçün danışıqlara başlayıb. Türkiyə mətbuatı xəbər verir ki, həmin ölkələr arasında Azərbaycan da var.
Dünyanın ən yüksək maaş alan futbolçusu məlum olub
Dünyada ən yüksək maaş alan futbolçu Argentina yığmasının hücumçusu Ezekyel Lavessidir.
"Nardaran işi"ndə təqsirləndirilən 12 nəfərin işi üzrə məhkəmənin başlama vaxtı məlum olub
Nardaran işi üzrə təqsirləndirilən 12 nəfərin işi üzrə məhkəmənin başlama vaxtı məlum olub.
180 qaçqın ailəsi təhlükədə: hər an yanğın baş verə bilər
..."Ötən ayın sonunda bir neçə nəfər gəlib vəziyyətimizlə tanış oldu. Dedilər ki, "Neftçilər"də baş verən yanğında bir ailə öldü, burada yanğın və ya partlayış baş verərsə, fəlakət olacaq. Görürsünüz də, qaçmağa yer yoxdur, nə pəncərə var, nə də baca"... Bunu "Azərsutikinti" trestinin xəstəxanasında məskunlaşan qaçqınlar söyləyirlər. Metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında, "Azərsutikinti" trestinin xəstəxanasındayıq. Daha doğrusu, xəstəxananın zirzəmisində. Burada Ağdam, Füzuli, Zəngilan və Laçından köçkün düşən 180 ailə yaşayır. Əgər buna yaşayış demək mümkündürsə...
Sünnətin 18 yaşdan yuxarı edilməsi haqqında QANUN qəbul edilib
Danimarkanın Tibb assosiasiyası yaşı 18-dən aşağı olan şəxslər üçün sünnətin qadağan olunması haqqında qanun layihəsi hazırlayıb.
Putini 11 mindən çox polis qoruyacaq
Rusiya prezidenti Vladimir Putinin dekabrın 15-16-da Yaponiyaya planlaşdırılan səfəri zamanı təhlükəsizliyin təmin olunmasına 11 mindən çox polis əməkdaşı cəlb ediləcək.
Dağlıq Qarabağ münaqişəsi bu il rusların ən çox diqqətini cəlb edən hadisələrdən olub
Dağlıq Qarabağ münaqişəsi 2016-cı ildə rusların ən çox diqqətini cəlb edən hadisələr sırasında yer alıb.














