Dünyanın ən yüksək maaş alan futbolçusu məlum olub
Dünyada ən yüksək maaş alan futbolçu Argentina yığmasının hücumçusu Ezekyel Lavessidir.
8 Dekabr 2016 11:26 İdmanDünyada ən yüksək maaş alan futbolçu Argentina yığmasının hücumçusu Ezekyel Lavessidir. Bu barədə "Goal" internet nəşri məlumat verib.
E.Lavessinin Çinin "Hebei China Fortune" klubundakı məvacibi həftədə 578 min avro təşkil edir. Beləliklə, 31 yaşlı futbolçu həmyerlisi Lionel Messi (316 min avro) və portuqaliyalı Kriştianu Ronaldodan (428 min avro) daha çox pul qazanır.
Qeyd edək ki, Ezekyel Lavessi 2016-cı ilin fevralında "Hebei China Fortune" klubuna keçib. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31