Azərbaycan yollarında vəziyyət necədir? - YENİLƏNİB

"Şaxtalı hava şəraiti respublikanın yüksək dağlıq və dağətəyi yollarında maşınların hərəkətində problemlər yaradır".

"Şaxtalı hava şəraiti respublikanın yüksək dağlıq və dağətəyi yollarında maşınların hərəkətində problemlər yaradır".

Bu barədə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. Qurum rəsmisi qeyd edib ki, yollarda olan bütün problemlər "Azəravtoyol"un əməkdaşları tərəfindən aradan qaldırılır.

Hava şəraiti ilə bağlı VAHİD QƏRARGAH yaradıldı

"Hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində heç bir problem yoxdur və yollar təmizdir. Lakin hansı maşınlar ki, yay şinlərindən istifadə edir, onlar üçün hərəkət çətin olacaq. Onlar qış şinlərindən istifadə etməlidirlər. 

Dağlıq rayon yolları və aşırım olan yerlərdə maşınların hərəkəti məsələhət bilinmir. Sürücülər alternativ yollardan istifadə etsinlər. Belə yollarda yalnız hər iki oxu işləyən maşınlardan, CİP-lərdən istifadə edə bilərlər. Digər minik maşınları, xüsusilə sovet istehsalı maşınların hərəkətində problemlər yaranır. Sürücülərə müraciət edirik ki, belə hava şəraitində sovet istehsalı maşınlardan mümkün qədər az istifadə etsinlər".

Anar Nəcəfli bildirib ki, sürücülər şaxtalı hava şəraitində ehtiyatlı olmalı, idarə etdikləri avtomobilləri qış rejiminə hazırlamalıdırlar. Əks halda onlar çətinliklərlə üzləşə bilərlər.  Azvision.az

***

"Bakı-Sumqayıt-Quba-Rusiya sərhədi və Bakı-Şamaxı-Yevlax avtomobil yollarının bəzi hissələri buz bağlayıb". Bu barədə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, Bakı-Sumqayıt-Quba-Rusiya sərhədi yolunun Gəndob kəndi yaxınlığında, Ceyranbatan ərazisindəki gölün yaxınlığındakı hissə buzlayıb:

"Bakı-Şamaxı yolunun da bəzi hissələrində buzlaşma müşahidə edilir. Digər yollar isə açıqdır, hələlik buzlaşma qeydə alınmayıb".

K.Əliyev bildirib ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolundakı Ağsu dolaylarına da qar yağıb, amma hələlik həmin yolda buzlaşma qeydə alınmayıb:

"Ümumilikdə bütün yollar avtomobillərin hərəkəti üçün açıqdır. Nəqliyyatın hərəkəti var. Sadəcə, bəzi yollarda buzlaşma var. Bakı-Sumqayıt üzrə hərəkət edən sürücülər Ceyranbatan qəsəbəsi ərazisindəki gölün yaxınlığında ehtiyatlı olsunlar, həmin ərazidə buzlaşma var. Bir də əsasən sürücülər yolardakı körpülərin üstündə ehtiyatlı olmalı, əyləcdən istifadə etməməlidirlər. Çünki yollar açıq olsa da, körpülərin üstündə buzlaşma olur, bəzi sürücülər də yüksək sürətlə hərəkət edərək körpülərin üstündə buzlaşmada əyləcdən istifadə edirlər. Bu da avtomobilin idarəetmədən çıxması deməkdir". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31