Ermənistanda məmur rüşvət üstündə tutuldu
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən İrəvan şəhər meriyasının şəhərsalma idarəsinin rəisi rüşvət almaqda ittiham olunaraq saxlanılıb. Bu barədə MTX-nın yaydığı məlumatda bildirilir.
8 Dekabr 2016 12:23 DünyaErmənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən İrəvan şəhər meriyasının şəhərsalma idarəsinin rəisi rüşvət almaqda ittiham olunaraq saxlanılıb. Bu barədə MTX-nın yaydığı məlumatda bildirilir.
Məlumata əsasən, bu ilin oktyabr-noyabr aylarında rəis şəxsən və ya vasitəçilərin yolu ilə ev, ticarət obyekti və ictimai xidmətlər obyektinin tikintisinin başa çatdırılması üzrə aktların verilməsi müqabilində böyük həcmdə vəsait istəyib və alıb.
Erməni məmura qarşı vəzifə səlahiyyətlərini aşaraq böyük həcmdə rüşvət alma maddəsi ilə cinayət işi açılıb. Azvision.az