Çempionlar Liqası belə məhsuldarlıq görməmişdi
Çempionlar Liqasının qrup mərhələsində yeni rekord qeydə alınıb. Almaniyanın "Borussiya" (Dortmund) klubu yarışın tarixinə ən çox qol vuran komanda kimi düşüb.
8 Dekabr 2016 11:48 İdmanÇempionlar Liqasının qrup mərhələsində yeni rekord qeydə alınıb. Almaniyanın "Borussiya" (Dortmund) klubu yarışın tarixinə ən çox qol vuran komanda kimi düşüb.
Sonuncu turun 2:2 hesabı ilə başa çatan "Real"la oyununda 2 qol vuran Bundesliqa klubu qrupdakı göstəricini 21-ə çatdırıb. Bununla da turnirin 24 illik tarixində mütləq rekord rəsmiləşib.
Qeyd edək ki, bunadək rekord 3 komandaya məxsus idi. "Mançester Yunayted" 1998/99, "Barselona" 2011/12 və 2016/17, "Real" 2013/14 mövsümlərində 20 qol vurmuşdu. Apasport.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31